Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa müsəlmanları miqrantlara kömək edir
Polşa müsəlmanları miqrantlara kömək edir

Polşa-Belarus sərhədində vəziyyət sabitləşməyib. Gərginliyin müəyyən qədər azaldığını demək olar. Amma zamanla durum pisliyə doğru dəyişə bilir.

Bizimyol.info xəbər verir ki, Polşa müsəlmanları miqrantlara kömək etməyə başlayıb. Kuznitsa-Bruzgi sərhəd-keçid məntəqəsinin lap yaxınlığında yerləşən Bohoniki kəndinin tatar camaatı gəlmələrə isti yanaşır. Kəndin müsəlman icması miqrantlar üçün əlindən gələni edir, onlar üçün isti nahar hazırlayır. İcmanın rəhbəri Matsey Şesnoviç deyir ki, xüsusilə uşaqların necə əziyyət çəkdiyinə səssiz qalmaq olmaz.

“Görürük ki, necə ağlayırlar. Təkcə miqrantlar yox, sərhədçilər, hərbçilər də əldən düşür. Buna görə çalışırıq ki, hamı üçün nəsə edək. Vəziyyət həm miqrantlar, həm də bizim əsgərlər üçün xoşagəlməzdir”.

Bazar ertəsi Bohonikidə həlak olmuş suriyalı miqrantın dəfn mərasimi keçirilib. Həmin şəxs Belarus-Polşa sərhədini qanunsuz keçmək istəyəndə həyatını itirmişdi. Dəfn mərasimində Polşada bir müddətdir yaşayan suriyalılar da iştirak edib. Onlardan biri olan Fidal Həsən sərhəddə faciə yaşandığını deyir.

“Maraqlı tərəflərin hökumətləri dialoqa başlamalıdır. Razılığa gəlmək lazımdır. Ya miqrantları gəldiyi ölkəyə qaytarmalı, ya da onları qəbul etmək gərəkdir. İmkan vermək olmaz ki, onlar ortalıqda qalsın”.

Bohonikidə dəfn olunan Əhməd əl-Həsənin meyiti bir ay əvvəl sərhəd zonasındakı çayda tapılmışdı. Kənd sakinləri bu ərazilərdə daha miqrantların ölməsini istəmir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər