Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib

Əslində hər şey Nazirlər Kabinetinin verdiyi 86 saylı qərardan sonra başladı. Bakının 11 rayonunda söküntülərə başlandı. Qeyd-şərtsiz söküləcək binaların sakinləri ya kompensasiya alıb çıxmalı idi, ya da yeni mənzil gözləməli.

2016-2019-cu illərdə Bakıda tikinti sektorunda xaos, hərc-məclik baş alıb gedirdi. Şikayətlər, aksiyalar, narazılıqlar, sakinlərin evlərindən atılması və s. və ilaxır. Və bu şikayətlər, çox zaman Prezident Adminsitrasiyasına ünvanlanırdı. Tikinti şirkətləri günahlandırılırdı. Haqlı olan vətəndaşlar da var idi, haqsızlar da. 2 otaqlı mənzili üçün 100 min manat tələb edən də var idi, verilən pula qane olan da... Çəkişmələr davam edirdi. Və nəhayət kabusa son qoyuldu və bu "yaramaz" qərar ləğv edildi.

"Sökülmə, quraşdırma, əhalinin köçürülməsi, onlara təzminat və əvəzləşən mənzillərin verilməsi ilə bağlı iradlar və narazılıqlar 2016-cı ildə Nazirlər Kabineti tərəfindən qəbul edilən 86 saylı qərardan sonra meydana gəldi. Bu dövrdə pilot layihələrin sayı artdı və şikayətlər də çoxaldı".

Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O, qeyd edib ki, Bakı şəhərində icra hakimiyyətləri tərəfindən həyata keçirilən layihələrdə nöqsanlarla yanaşı yaxşı tərəflər də olub.

Elnur Azadov Elnur Azadov

"Yaxşı tərəflər o idi ki, 100-dən çox yaşayış binası tikildi. 100 dən çox qəzalı vəziyyətdə olan, istismar müddəti bitən binalar sökülərək, yeniləri tikildi və şəhərimiz daha da gözəlləşməyə başladı. İnşaat sektoru, daşınmaz əmlak sektoru inkişaf etməyə başladı. Mənfi tərəfləri isə bu idi ki, tikinti şikətləri bu işləri öz xaotik qaydaları ilə həyata keçirdi. Bəzi hallarda sakinlərin hüquqları ciddi şəkildə pozuldu. Lakin bəzi hallarda bu nöqsanlar şişirdilmiş hal daşıyırdı. Nəticə etibarilə hər bir vətəndaş gec olsa da, tikinti şirkətləri ilə razılığa gəlib artıqlaması ilə öz hüquqlarını bərpa edirdi.

Məsələn, 3 ailə iki otaqlı bir evdə və yaxud daxmada yaşayır. Söküntü prosesi baş verməsəydi, həmin ailələr 50 il də orada yaşayacaqdı. Ancaq mənzillərin əvəzlənmə prosesində həmin ailələr, daha böyük mənzil tələb edirdi. Tikinti şirkətləri isə vətəndaşa sahib olduğu mənzilin 15-20 faizi qədər artıq verirdi.

Vətəndaşla tikinti şirkətləri arasında daha çox "artıq əmlak mənimsəmə" çəkişmələrinin olduğunu qeyd edən ekspert bildirir ki, bu zaman qazanan tərəf daha çox vətəndaşlar olub: "Məsələn, hər hansı köhnə ikiotaqlı evin qiyməti 100 min manat idisə, tikinti şirkəti evi alıb sökür və yenisi ilə əvəz etdiyi zaman həmin evin qiyməti 150 min manat olur. Yəni, qazanan vətəndaşlar olub".

Artıq 86 saylı qərar ləğv edilib, amma bu gün də o qərarın törətdiyi fəsadları yaşayanlar var. Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusu oldu.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »