Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alış-verişə hazırlaşanların nəzərinə: "Bolluq paradoksu"ndan özünüzü qoruyun
Alış-verişə hazırlaşanların nəzərinə: "Bolluq paradoksu"ndan özünüzü qoruyun

İstər özünüzə şalvar alın, istərsə də sevgili seçin, əgər seçim çoxdursa, vəziyyət qarmaşıq vəziyyət alır. Bu qarışıqlıq və özü ilə gətirdiyi problem "bolluq paradoksu" adlanır.

"Bolluq paradoksu"na görə, çox sayda seçimin olması həqiqətən seçdiyinin dəyərini azaldır. Çünki seçilməyən alternativlərin cazibəsini düşünmək seçdiyindən aldığın zövqü azaldır.

Bir məhsul almaq üçün internet saytına girdiyiniz zaman minlərlə seçimlə qarşılaşırsınız. Nə qədər "ələkdən" keçirsəniz də, qalan seçimlər yenə çox olur. Məhsullara baxarkən zamanın necə keçdiyinin fərqində olmursunuz. Uzun müddət axtardıqdan sonra sevdiyiniz bir geyimi alırısnız. Tam istədiyiniz kimidir, sizə çox yaraşacaq. Ancaq bir müddət sonra qarşınıza aldığınızdan daha yaxşısı çıxır. Həmin andan etibarən aldığınız geyimin sizə verdiyi zövq hissi azalmağa başlayır. Çünki daha yaxşısı olduğu halda siz onu almısınız. Bu vəziyyət çağdaş dünyada hər sahədə yaşanır.

Geyim, yemək, film, münasibətlər və s. Hər sahədə o qədər seçim var ki, hansı birini seçəcəyinizə qərar vermək çox çətindir. Bu vəziyyət isə, özü ilə müxtəlif problemlər gətirir.

İndi bu vəziyyəti münasibətlərə görə araşdıraq. İnternet vasitəsilə daha çox insan tanımaq imkanı da artır. Əvvəlcə qulağınızı xoş gələn bu vəziyyət, bəzi problemləri də özü ilə gətirir. Hər kəsin onlarla "münasibəti" olduğu üçün yazdığınız zaman yaxınlıq hiss etdiyiniz şəxsin başqaları ilə mesajlaşa biləcəyi ehtimalı sizi təəcübləndirmir. Əgər bir tanışlıq saytından istifadə edirsinizsə, gündə 50 nəfərlə də tanışa ola bilərsiniz. Bu çoxluğun içində biri ilə danışmağa başladığınız zaman söhbət yaxşı alınsa belə, başqa birisi ortaya çıxır və "bu daha yaxşıdır, bununla danışım" deyirsiniz. Söhbət zamanı kiçik detallar ağlınıza gələn zaman güzəştə getmək, araşdırmaq əvəzinə başqası ilə danışmağa başlayırsınız. Buna görə də, səbəbsiz hesab etdiyiniz "əngəlləmələrə", yox olub yazmamağa, gec cavab vermələrə və s. məruz qalırsınız. Bütün bunlar sizə qarşı olduğu kimi, siz də başqalarına edirsiniz. Hətta sevgilisi olanların, evlilərin də aldatma səbəbi bununla bağlıdır.

Bəs bunun təməlində nə durur?

Mütəxəssislər bunu King qanunu və Bolluq paradoksu ilə əlaqələndirirlər. Britaniyalı alim Kingin XVII əsrin sonlarında orataya atdığı King qanunu, ilk olaraq kənd təsərrüfatı məhsulları üzərində yoxlanılmışdı. Georgi King buğda istehsalında 10 faiz artımın qiymətlərin 50 faiz düşməsinə, istehsalda 10 faiz azalmanın qiymətlərdə 10 faiz artıma səbəb olduğunu müşahidə etmiş və kənd təsərrüfatı məhsullarında istehsalda azalmanın istehsalçının ümumi gəlirinin artmasına, istehsal artımının da istehsalçının gəlirlərini azaltdığına şahid olur.

Əvvəllər məhəllənizdəki, sinifinizdəki birinə aşiq olmaq çox asan idi. İndi isə, seçim o qədər çoxdur ki... Seçimin çox olması yaxşıların dəyərini azaldır.

Barri Şvartz 2004-cü ildə yayımladığı "Bolluq Paradoksu" kitabında seçim bolluğunun qərar vermə davranışınıza təsir etdiyini və seçsəniz belə yetərli qədər zövq almayacağınızı irəli sürür. Şvartz deyir: "Qərar vermək üçün sərf edilən cəhd, çox sayda seçim təklif edilən istehlaçkıların cəsarətini qıra bilir. Buna görə də istehlakçılar qərar verməyə çətinlik çəkirlər. Seçsələr belə, zövq azalır. Çox sayda seçim insanlarn seçdiyinin dəyərini azaldır".

Şena Lyenger, ən məhşur araşdırmalarının birində 348 çeşid mürəbbə satılan bir mağaza seçir. Müştərilərin məhsulları dada bilməsi üçün mağazanın girişinə bir stend yerləşdirir. Əvvəlcə 6, sonra 24 fərqli mürəbbə qoyur.

Bu zaman o, iki istiqamət üzrə müşahidə aparır: Birinci hansı vəziyyətdə insanlar dayanıb, mürəbbənin dadına baxır.

24 fərqli mürəbbə olduğu zaman gələn insanların 60 faizi dayanıb, mürəbbələrin dadına baxır. 6 mürəbbə olduğu zaman isə, gələn insanlarn cəmi 40 faizi dayanıb mürəbbələrin dadına baxır. Yəni çeşidin çox olması, gələn insanların sayını 20 faiz artırır. Ancaq alış mərhələsində 24 fərqli mürəbbə olduğu zaman dayananlardan ancaq 3 faizi mürəbbə alır. 6 fərqli mürəbbə üçün dayananların isə, 30 faizi mürəbbə alır. Qısacası, seçim az olduğu zaman müqayisədə 6 qat daha çox insan mürəbbə alır. Bu araşdırma sübut edir ki, seçimin çox olması satışı artırmır, əksinə azaldır.

Seçim çox olduğu zaman müxtəlif mürəbbələrin dadına baxırsınız, ancaq bir mürəbbədən doyunca yemirsiniz.

Bəli, günümüzdə münasibətlər də belədir. Nə qədər çox seçiminiz varsa, gözləntiləriniz və "kaş ki" ləriniz də artır. Hamı bu duyğuları yaşayır. Seçimlərin dünyasında seçim bolluğu "mükəmməllik axtaranları" ortaya çıxarır.

Ən yaxşısını axtaranlar üçün hər bir seçim alternativləri arasında ən yaxşı olmaq məcburiyyətindədir. Alternativləri arasında ən yaxşını tapmaq üçün isə, bütün seçimləri dəyərləndirmək və bəlkə də sıralamaq lazımdır. "Ən yaxşı ev", "yetərli qədər yaxşı" bir evdən daha yaxşıdır. "Ən yaxşı sevgili", "yetərincə yaxşı sevgilidən" daha yaxşıdır.

Seçimlər artan zaman daha da gərginləşirsiniz. Tam olaraq nəyin əhəmiyyətli olmasına deyil, başqa mözvular barədə düşünməyə başlayırsınız. Bu da iradənizi zəiflədir. Bir mövzuda qərar verdikdən sonra "görəsən, düzmü etdim?" deyə düşünürsünüz.

Seçimləri asanlaşdırmaq üçün nə etməliyik?

Seçimləri azaldın. Əks təqdirdə, seçimlərin sizi sonsuz bir narahatlığa və peşmanlığa çəkmə potensialı yüksəkdir. Mükəmməli axtarmaq hədəfi, təxminsizliyin qaynağını yaradır. Bu da, bədbəxtliyə səbəb olur. Xoşbəxt olmaq istəyirsinizsə, seçimlərinizi azaldın.

Tərcümə: İlahin, Bizimyol.info 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »