Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin müavini: Zəruruyyət yarandıqda Saakaşvili özəl klinikaya köçürüləcək
Baş nazirin müavini: Zəruruyyət yarandıqda Saakaşvili özəl klinikaya köçürüləcək

Gürcüstanın mədəniyyət naziri və baş nazirin müavini Teya Tsulukiani bildirib ki, lazım gələrsə, eks-prezident Mixail Saakaşvili həbsxana klinikasından özəl klinikaya köçürüləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "sputnik-georgia"məlumat verib.

"Aclıq sağlamlıq üçün zərərlidir, ona görə də etirazın bu formasını alqışlamıram. Narahatlığa heç bir əsas yoxdur, arxayın ola bilərsiniz, çünki mülki klinikaya köçürmək üçün əsas olan kimi, təbii ki, cəzaçəkmə müəssisəsində məhkumlara belə xidmət həmişə olub, bu halda da ediləcək", - deyə Tsulukiani bildirib.

Baş nazirin müavini eyni zamanda qeyd edib ki, indiki mərhələdə belə bir ehtiyac yoxdur.

Qed edək ki, Saakaşvili həbs olunduğu gün, oktyabrın 1-də aclıq aksiyasına başlayıb. Eks-prezident bəzi dərmanların qəbulunu dayandırdıqdan sonra səhhətinin pisləşməməsi üçün Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki 18 saylı həbsxana xəstəxanasına köçürülüb. Saakaşvilinin özü, vəkilləri və şəxsi həkimi onun mülki multidissiplinar klinikaya köçürülməsində israr ediblər.

Saakaşvilinin həbsxana klinikasına köçürülməsinə səbəb müxalifət partiyası “Vahid Milli Hərəkat”ın tərəfindən gözlənilən iğtişaşlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı olub. DTX açıq şəkildə bildirdi ki, eks-prezidentin tərəfdarları onu azad etmək üçün klinikanı ələ keçirməyə cəhd edə bilərlər.

“Milli Hərəkat” və onun tərəfdaşları Saakaşvilinin mülki multidissiplinar klinikaya köçürülməsi tələbi ilə gündəlik etiraz aksiyaları təşkil edirlər. Gürcüstan parlamentinin 10 deputatı da eyni tələblə aclıq aksiyası keçirirlər.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »