Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin Qərblə müharibəyə hazırlaşır” – Böyük Britaniya mətbuatı
“Putin Qərblə müharibəyə hazırlaşır” – Böyük Britaniya mətbuatı

Bosniya və Herseqovina vətəndaş müharibəsinin astanasındadır. Belarus Polşa ilə sərhəddə böyük gərginlik yaratmağı bacarıb. Böyük Britaniya mətbuatı hesab edir ki, bütün bunların arxasında Vladimir Putin dayanır.

Bizimyol.info xəbər verir ki, Mühafizəkarlar Partiyasından Bob Sili Rusiya prezidentinin Qərblə müharibəyə hazırlaşdığına əmindir. Onun fikrincə, Putin mərhələlərlə həmin məqama doğru gedir.

“Belə metodlardan Suriya vətəndaş müharibəsi zamanı Əsəd rejimi də istifadə edirdi. Rusiyanın 2016-cı ildə Norveçlə sərhəddəki addımlarını da xatırlamağa dəyər. Üstəlik, Belarusun bu yay etdikləri. Bu, Rusiya və müttəfiqlərinin hibrid müharibəsinin alətlərindən biridir”.

Bob Sili yazır ki, hibrid müharibəsi hələ qeyri-hərbi münaqişə anlamına gəlmir. Mühafizəkarlar Partiyasının nümayəndəsi Rusiya doktrinasının yanaşmasını xatırladır. İstənilən halda hərbi güc tətbiqi ehtimalından söhbət gedir.

“Kreml məramını hələ 2007-ci ildə ortaya qoymuşdu. Putin Münhendəki çıxışında bir çox məqamlardan danışmışdı. Konkret düşmənçilikdən söz açılmışdı. Onda qəzəbli Qərb dövlətləri onun ifadələrinə əhəmiyyət verməmişdi”.

Müəllif Putinin Krımı Ukraynadan almasını çox ciddi addım adlandırır. Hesab olunur ki, Rusiya prezidenti buranı heç bir halda geri qaytarmaq istəməz. Çünki Krım Putinin ən vacib hədəflərindən biri olub. Ukrayna ərazisini geri qaytarmaq NATO planlarına təkan vermək anlamına gəlir. Putin isə hərbi alyansı məmnuniyyətlə dağıdardı.

Rusiya dövlət başçısı inanır ki, SSRİ-ni məhz Qərb sıradan çıxıb. Rusiyanı da bənzər aqibət gözləyə bilər. Buna görə də NATO-nun dağılması Kreml üçün tam yerinə düşərdi.

Bob Sili diqqəti həm də Rusiyadakı sorğulara çəkir. Şimal dövlətinin əhalisi Qərblə müharibə olacağına inanır. Özü də təkcə buna yox. Rusiya əhalisi nüvə münaqişəsinin baş vermə ehtimalının yüksək olduğuna da əmindir. Putin bu haqda indi düşünməyə başlayıb. Rusiyada isə belə qorxulu ssenari illərdir müzakirə olunur.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »