Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi "Covid-19"dan daha çox qoruyan vaksinlər...
Bizi "Covid-19"dan daha çox qoruyan vaksinlər...

Çilidə Səhiyyə Nazirliyi peyvəndin üçüncü dozasını vurduranlarla bağlı real məlumat yayın.

Bizimyol.info xəbər verirki, verilən məlumata görə, "Sinovac" peyvəndinin iki dozasını qəbul edənlərə gücləndirici olaraq "Pfizer/BioNTech" vaksininin bir dozasının vurulması simptomatik xəstəliyə qarşı effektivliyi 95 faizə qədər artırır.

Cənubi Amerika ölkəsində aparılan araşdırma, "Sinovac"ın "Covid-19" peyvəndi ilə iki dəfə peyvənd edilmiş şəxslərə üçüncü doza kimi "Pfizer" və ya "AstraZeneca"nın vurduranların üçüncü dəfə də "Sinovac" peyvəndini qəbul edənlərlə müqaisədə daha təsirli olduğu bildirilir.

Çili Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə həyata keçirilən "Çilidə Covid-19 vaksinin effektivliyinin qiymətləndirilməsi" adlı araşdırmada aşağıdakı nəticələr əldə edilib:

2 doza "Sinovac" peyvəndi + 1 doza "BioNTech" peyvəndi üçün qorunma dərəcəsi 93 faizdir.

"Sinovac" peyvəndinin 2 dozası + 1 doza "AstraZenaca" peyvəndi üçün qorunma dərəcəsi yüzdə 91

"Sinovac" peyvəndinin 2 dozası + 1 doza "Sinovac" peyvəndi üçün qorunma dərəcəsi yüzdə 71-dir.

Bununla belə, simptomatik Covid-19 xəstəliyi üçün "Sinovac" ilə tam peyvənd olunmuş şəxslərdə effektivlik "Pfizer/BioNTech" peyvəndinin üçüncü dozasından sonra 95 faizə, AstraZeneca-Oxford üçün 94 faizə və Sinovacın üçüncü dozası üçün 74 faizə yüksəldi.

Eyni zamanda, "Covid-19" əleyhinə vurulan "Sinovac" peyvəndinin üç dozası iki doza "Pfizer/BioNTech" (94 faiz) və iki doza "AstraZeneca/Oxford" (87 faiz) ilə müqayisədə daha az (81 faiz) təsirli olduğu müəyyən edilib. NTV-nin verdiyi məlumata görə; "Covid-19"a qarşı "Sinovac" ilə ikiqat peyvənd edilənlərə tətbiq olunan əlavə "AstraZeneca/Oxford" dozası 99 faiz, "Pfizer" dozası 93 faiz və əlavə "Sinovac" dozası 85 faiz reanimasiya düşmək etimalını azaldır.

Tədqiqatın müəllifləri Dr Rafael Araos və Alejandro Jara: "Bu sübut edir ki, müxtəlif peyvəndlərin gücləndiricilər kimi tətbiqi təsirsizləşdirilmiş vaksinlərlə peyvənd olunmuş insanlarda toxunulmazlığı əhəmiyyətli dərəcədə artıra bilər".

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »