Prezident Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı iqamətgahının şəklini çəkərkən saxlanılan və “siyasi və hərbi casusluq” ittihamı ilə həbs edilən israilli cütlük Mody və Natali O. sərbəst buraxılıb.
Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, azadlığa çıxan cütlük səhər saatlarında İsrailə qayıdıb. Xəbəri İsrailin baş naziri Naftali Bennet və xarici işlər naziri Yais Lapid yazılı açıqlamada bildiriblər.
Bennet və Lapis əməkdaşlıqlarına görə prezident Ərdoğana və hökumətə təşəkkür ediblər. İsrail hökuməti bundan əvvəl cütlüyün heç bir İsrail Qurumunda işləmədiyini açıqlamışdı.
Bizimyol.info
באים הביתה. pic.twitter.com/YUvjqqHyGy
— יאיר לפיד - Yair Lapid? (@yairlapid) November 18, 2021