Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: Taliban inklüziv hökumət qurmağa doğru irəlləyir
BMT: Taliban inklüziv hökumət qurmağa doğru irəlləyir

Hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri inklüziv hökumətin formalaşdırılması istiqamətində qəti hərəkət nümayiş etdirirlər, lakin göstərilən addımlar hələ də yetərli deyil.

Bizimyol.info xəbər verir ki, bunu BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Debora Lyons deyib.

“Biz gördük ki, inklüziv hökumət formalaşdırmağa doğru müəyyən bir irəlliləyiş var,  - deyə o, Əfqanıstandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasından bildirib.

Lions xüsusilə qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqindən sonra Taliban etnik qrupların nümayəndələrindən birini nazir postuna, eləcə də bir neçə nazir müavini təyin edib. Bundan əlavə, BMT-nin ölkədəki missiyasının rəhbəri əlavə edib ki, həmçinin Əfqanıstanda qadınların hüquqlarına riayət olunması, habelə sərbəst hərəkət hüququ və zəruri hallarda ölkədən sərbəst şəkildə çıxmaq imkanı ilə bağlı təzyiqləri azaltmamaq lazımdır.

Birləşmiş Ştatların yazda silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Taliban Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Taliban döyüşsüz Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 7-də Taliban müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »