Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-dən sərhəddə baş verənlərlə bağlı bəyanat
Aİ-dən sərhəddə baş verənlərlə bağlı bəyanat

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sərhəd bölgəsində baş verən son qarşıdurmalarla bağlı bəyanat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell açıqlama verib.

O, iki ölkə sərhədində insan itkisinə səbəb olan münaqişələrdən narahat olduqlarını bildirilib.

Qeyd olunub ki, Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda vəziyyəti müzakirə edib.

Bəyanatda Aİ Ermənistan və Azərbaycanı təmkinli olmağa, qurudakı qüvvələrini bir-birindən uzaqlaşdırmağa, əvvəllər imzalanmış üçtərəfli sazişlərə hörmət etməyə və sərhədlərin demarkasiyası səyləri də daxil olmaqla, problemlərin hərtərəfli həlli üçün danışıqları davam etdirməyə çağırıb.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »