Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel və Makronun Lukaşenko və Putinlə görüşünə Polşadan reaksiya
Merkel və Makronun Lukaşenko və Putinlə görüşünə Polşadan reaksiya

Polşa hökuməti Almaniya kansleri Angela Merkelin Belarus prezidenti Aleksandr Lukaşenko və Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə Belarus sərhədindəki miqrant böhranı ilə bağlı müzakirə aparmalarına reaksiya verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Piotr Müller “TVP Info” ictimai televiziyasına açqlamasında bildirib.

O, Merkel və Makronun Belarus-Polşa sərhədindəki miqrant böhranı ilə bağlı Putin və Lukaşenko ilə danışıqlarının düzgün olmadığını bildirib.

Müller, Merkel və Lukaşenko arasında telefon danışığından əvvəl Almaniyadan məlumat aldıqlarını deyib: "Düzünü desəm, mənə qəribə gəlir, çünki bu, müəyyən mənada onun (Lukaşenkonun) prezident seçilməsini qəbul etmək deməkdir. Vəziyyəti başa düşürəm, amma baş verənlərin də düzgün olmadığını bilirəm”.

Almaniya və Fransanın Rusiya və Belarus rəsmiləri ilə görüşməsinin normal olduğunu, lakin buna səlahiyyətlərinin olmadığını qeyd edən Müller Belarus sərhədindəki böhranla bağlı Putin və Lukaşenkoya verilən açıq mesajın doğru olduğunu bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »