Türkiyənin Düzce bölgəsində bu gün saat 15:40-da zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, zəlzələ İstanbul, Kocaeli, Bolu və Əskişəhərdə də hiss olunub.
AFAD-dan verilən açıqlamada zəlzələnin Düzcedə 5, Kandillidə isə 5,3 bal olduğu bildirilib.
Dağıntı və təlafat barədə məlumat verilməyib.
Bizimyol.info