Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi valideynlər bu "sirrin" açılmasını arzulamır"
"Bəzi valideynlər bu "sirrin" açılmasını arzulamır"

"Gələcəkdə narkomaniyanın qarşısının alınmasının müəyyən faizi valideynin üzərindədirsə, digər faizi də məktəb psixoloqlarının üzərinə düşür. Amma bir çox məktəblərdə psixoloqu, demək olar ki, xadimə səviyyəsinə salıblar".

Bu barədə Bizimyol.info saytına danışan narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, elə ailələr var ki, uşağına nə baxa, nə də tərbiyə verə bilmir. Bu da valideynin savadsızlığı və imkansızlıqdan da irəli gəlir.

Emil Maqalov Emil Maqalov

Ekspert əlavə edib ki, məktəb psixoloqları isə məktəbə qəbul zamanı “sındırılır”. Çoxunun da maaşı 200 AZN səddini aşmır. Bu məbləğ, onların fiziki və zehni yorğunluqlarını qarşılamır:

"Əgər desəniz ki, “Bu onun borcudur”, bunu inkar etmək olmaz. Ancaq empatiya da vacibdir. Psixoloq da insandır. Onun da ehtiyacları və haqları var".

E.Maqalov bildirir ki, psixologiya, çox qəliz və ağır sahədir. Onun fikrincə, məktəb psixoloqlarının əmək haqqına və iş təcrübəsinin artırılmasına yenidən baxılmalıdır.

"Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin təkrar dərindən düşünməsini istərdim" - deyə ekspert əlavə edib.

Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycan məktəblərində 3000-ə yaxın psixoloq fəaliyyət göstərir. Psixoloqların əmək haqqında gəldikdə isə, vəziyyət həqiətən ekspertin qeyd etdiyi kimi acınacaqlıdır. Əgər bu gün müstəqil bir psixoloq, seansa 50 manat tələb edirsə, məktəb psixoloqları bu lüksü yaşamır. Gün ərzində saatlarının çox hissəsində məktəbdə - iş yerində olduqları üçün, onların əlavə qazanc mənbəyi də olmur. Az qazancla, yüksək səviyyəli stressli iş isə, psixoloqların da öz psixologiyasına mənfi təsir edir.

Psixologiya, insanların ruh halını əks etdirən bir elmdir. Psixoloqlar; insanların davranışlarını və danışdıqlarını analiz edərək, nəticə əldə edir və müalicə üçün yol göstərirlər. Azərbaycanda isə psixoloq deyiləndə isə, "dəli həkimi" ifadəsi işlədilir. Yəni hələ də, bəzi vətəndaşlar psixoloqla psixiatr işini bir-birindən ayırd edə bilmirlər. Elə buna görədir ki, məktəblərdə psixoloqların fəaliyyəti ilə valideynlər də ciddi maraqlanmır.

Psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, məktəb psixoloqları, uşaqlarla söhbət zamanı onların ailələdə yaşadığı problemi müəyyən edə bilirlər.

"Uşaq ailədə döyülüb-söyülürsə və işgəncəyə məruz qalırsa, bunu uşaqla söhbət zamanı psixoloq müəyyən edə bilir. Buna görə də bəzi valideynlər bu "sirrin" açılmasını arzulamır",- deyə psixoloq qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 7 uşaq narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayətlərə qarışıb. Onlardan iki nəfəri azadlıqdan məhrum edilib. Bu, cinayətlərə qarışan uşaqların sayıdır. Məktəblərdə narkotik vasitələrə vərdiş edən uşaqların rəsmi sayı isə, hələ məlum deyil. Uşaqların narkotik vasitə istifadəçisi olduğunu müəyyən etmək isə, valideynlə yanaşı məktəb psixoloqunun da işidir.

Məktəb psixoloqlarının "fəaliyyəti" isə, göz qabağındadır. Təbii ki, bu məsələdə psixoloqlardan daha çox Təhsil Nazirliyi məsuliyyət daşıyır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »