Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVİD-19 daimi immunitet yaradan infeksiya deyil
COVİD-19 daimi immunitet yaradan infeksiya deyil

Azərbaycanda epidemioloji vəziyyət idarə olunur, nisbi sakitlikdir.

Bizimyol.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, immunitetin gücləndirilməsi üçün buster dozanın tətbiqi vacibdir.

"İnfeksion patalogiyada elə xəstəliklər var ki, onlara qarşı peyvənddən sonra ömürlük immunitet yaranır. Amma əfsuslar olsun ki, COVİD-19 infeksiyası belə infeksiyalardan deyil. Burada həm xəstəlikdən, həm də vaksinasiyadan sonra qazanılmış immunitet müəyyən vaxtdan sonra zəifləyir. Ola bilər ki, insan tam sağlamdır, amma immunitet yetərli olmaya bilər. İkinci tərəfdən isə insanda müəyyən xroniki xəstəlik varsa, onun yaşı 60-dan yuxarıdırsa, əmələ gəlmiş immunitet həm zəif ola bilər, həm də qoruyuculuq qabiliyyəti tez itirər" - deyə, o qeyd edib.

"Araşdırmalar zamanı müəyyən edilib ki, 50 yaşdan yuxarı, xüsusən də xroniki xəstəliyi olan insanlarda peyvənd nəticəsində əldə olunan immunitetin kifayət qədər zəifləməsi halı baş verir. Biz də bilirik ki, risk qrupu, o cümlədən xəstələrlə ünsiyyətdə olan tibb işçiləri yoluxarsa, xəstəliyi ağır keçirə bilərlər. Buna qarşı yeganə yolu buster dozanın vurulmasıdır. Bu praktika dünyanın əksər ölkələrində tətbiq olunur. Biz də əhalini buster dozanı vurdurmağa çağırırıq”, - deyə Təyyar Eyvazov bildirib ki,

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »