Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Rusiya jurnalistini ölkədən qovmağı tələb edirlər
Ermənistanda Rusiya jurnalistini ölkədən qovmağı tələb edirlər

Semyon Peqov daha çox İkinci Qarabağ Müharibəsində tanındı. O, cəbhə xəttinin Ermənistan tərəfindən reportajlar hazırlamaqla gündəmə gəlmişdi. İş orasındadır ki, Azərbaycana qarşı bifrət dolu reportajlar hazırlayan bu jurnalist özünün “WarGonzo” kanalında yalnız qərəzli mövqe ortaya qoyurdu.

Bizimyol.info xəbər verir ki, Semyon Peqov keçən ilin payızında Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca inamla irəliləməsinə rəğmən Ermənistan əhalisini torpaqların itirilmədiyinə inandırmağa çalışırdı. Müharibə başa çatandan sonra jurnalist ortadan qeyb oldu. Onun Xabarovska qaçdığı bildirildi.

Semyon Peqov yenə cəbgə bölgəsində peyda olub. Qərəzli reportajlar bir-birini əvəz edir. Amma bu dəfə Ermənistanda ona inanmağa tələsmirlər. Əksinə, Rusiya jurnalistinin reportajları qəzəblə qarşılanır. Sosial medianın Ermənistan seqmentində ona qarşı ağır ifadələr işlədilir. Onlar Peqovun ölkəni tərk etməsini istəyirlər. “YouTube” portalındakı videoların rəy bölümündə də bənzər ifadələrə rast gəlmək mümkündür.

Artıq Ermənistan xalqı da başa düşməyə başlayıb ki, Peqov onların dostu deyil, sadəcə, öz ambisiyalarının əsiridir. Həqiqət harada və necə olusa, olsun, Peqov üçün fərqi yoxdur, bütün hallarda Azərbaycan və Türkiyənin əleyhinə danışır. Ermənistanda isə artıq yalanların hansı faciələrə yol açdığını görənlərin sayı artmağa başlayıb.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »