Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mado”nun sahibinin açıqlaması qalmaqal yaradıb
“Mado”nun sahibinin açıqlaması qalmaqal yaradıb

“Mado” bundan sonra Çində daha geniş fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Qida şəbəkəsi Asiya ölkəsində 1000 restoran açmağa hazırlaşır. İlk addım Yivu şəhərində atılıb.

Bizimyol.info xəbər verir ki, “Mado”nun sahibi Mehmet Sait Kanburun Çinlə bağlı açıqlaması qalmaqal yaradıb. Onun açılış zamanı işlətdiyi ifadələrə Türkiyədə böyük etiraz var. İş adamı Çin mediasına açıqlamasında həssas davranmayıb.

“Yivuda əyləncəli bir hadisə yaşandı. Şəhərin meri məni iqamətgahına dəvət etdi. Gözəl tədbirlə qarşılandıq. Heyətdən üç dəfə “mən haralıyam?” deyə soruşdum. Çaşıb qaldılar. “Mən çinliyəm” dedim. Nə demək istədiyimi soruşdular. “İnsanın iki vətəni olur”, deyə açıqladım – “Biri doğulduğu, biri də doyduğu yer”. Mən bu gün Çində doyursam, deməli, çinliyəm”.

“Mado”nun sahibinin sözləri sosial şəbəkələrin Türkiyə seqmentində böyük müzakirəyə səbəb olub. Onun ünvanına ağır ifadələr yazıblar. “İki quruş üçün çinli oldun” ittihamı səslənib. Mehmet Sait Kanbura Çində uyğurlara qarşı təzyiqlər xatırladılıb. Bu məqamda özünü çinli adlandırmağın nə qədər yanlış olduğu qeyd edilib.

“Mado”nun sahibinə qəzəb təkcə onun son sözlərinə görə deyil. Mehmet Sait Kanbur bir müəddət əvvəl Ankaradakı restoranda uyğurlarla bağlı tədbirin keçirilməsinə imkan verməmişdi. İş adamı bunu Çində zərər görmək ehtimalı ilə əlaqələndirmişdi. Sosial mediada “Mado”nu boykot etmək çağırışları bir-birini əvəz etməyə başlayıb.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər