Aparıcı astronom və London İmperial Kollecinin astrofizika üzrə fəxri professoru Michael Rowan-Robinson bildirib ki, kosmik teleskop tərəfindən toplanan məlumatlar doqquzuncu planet nəzəriyyəsinin mümkünlüyündən xəbər verir.
Bizimyol.info xəbər verir ki, professor, bir müşahidə ilə digəri arasında yavaş-yavaş hərəkət edən cisimlərə diqqət yetirib, məlumatlarda yüzlərlə mənbəni araşdırıb və 1983-cü ilin iyun, iyul, sentyabr aylarında apardığı üç müşahidə onun diqqətini cəlb edib.
Onun müşahidələri göstərirdi ki, yeni planet Yerdən 3-5 dəfə böyük ola bilər.
O, təəssüf hissi ilə son araşdırma məqaləsində müşahidələrin yüksək keyfiyyətli olmadığını və onların tutulduğu səmanın bölgəsinin “sirrus” kimi tanınan qaz liflərindən ibarət olduğunu bildirib.
Leyla, Bizimyol.info