Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxaclar niyə Bakı Nəqliyyat Agentliyinin vecinə deyil...
Tıxaclar niyə Bakı Nəqliyyat Agentliyinin vecinə deyil...

Bakı əvvəllər küləklər şəhəri idi, indi göydələnlər, tıxaclar şəhəri... Təəssüflə qeyd edək ki, bu işə məsul olan qurumlar da öz işini layiqincə görə bilmir, ya da görmək istəmir. Biz yazırıq, deyirik, "yol" göstərməyə çalışırıq, amma təəssüf ki, dəyişən heç nə yoxdur. Necə deyərlər "çax-çax baş ağrıdır, dəyirman öz işində"...

Bakıdakı tıxacların aradan qaldırılması üçün hamı bir nəfər kimi düşünməli, yol axtarmalıdır. Çünki artıq bilirik ki, Bakı Nəqliyyat Agentliyi bizim işimizə yaramayacaq.

Qəza əleyhinə kursların məşqçisi və ya təhlükəsizlik üzrə ekspert Aqil Rəhimovun sözlərinə görə, Bakıda 1 milyondan çox avtomobil var. Tıxacların səbəbi də məhz bu avtomobillərdir.

"Məktəblər açılandan sonra vəziyyət bir qədər də gərginləşib. Uşaqlarını məktəblərə gətirən valideynlər, avtomobilləri necə oldu park edirlər. Bu da bəzən ikinci zolağın da tutulması ilə nəticələnir" - deyə ekspert bildirib.

Qəza əleyhinə kursların məşqçisi və ya təhlükəsizlik üzrə ekspert Aqil Rəhimov Aqil Rəhimov

Aqil Rəhimov deyir ki, avtobuslar üçün zolaqlar çəkilsə də, avtobuslar hələ də rahat hərəkət edə bilmirlər. Qaydalara görə, avtobus zolaqlarında digər avtomobillər hərəkət etməməlidir. Amma bu gün avtomobillər, avtobus zolaqları ilə hərkət edib, onların hərəkətinə mane olur: "Bu problemin qarşısını almaq üçün Bakı böyüməlidir. Binalar, sadəcə mərkəzdə tikilməməlidir. Bakı böyüsə və əhali sıxlığı azalsa, tıxaclar da azalar".

Ekspert deyir ki, ictimai nəqliyyatdan istifadəni də rahatlaşdırmaq lazımdır: "Əgər avtobusların fəaliyyətinə nəzarət olsa, avtobuslar öz zolaqları ilə rahat hərəkət edib mənzil başına rahat çatsa, bu gün avtomobilləri olan şəxslər də avtobuslardan istifadə edərlər. Biz isə, hələ bunu görmürük",- deyə ekspert əlavə edib.

A.Rəhimov bildirir ki, bütün məktəblərdə "məktəb servisi" olan avtobuslar olsa, uşaqları məktəbə bu avtobuslar aparıb-gətirsə, bu gün məktəblərin qarşısında yaranan avtomobil sıxlığı da aradan qalxar:

"Düzdür, bir çox məktəblərin belə xidməti var, amma hamısında olsa, daha yaxşı olar".

Ekspertin fikrincə, Bakıda tıxacları aradan qaldırmağın digər yolu isə Yaponiyada olduğu kimi çoxmərtəbəli yolların olması ola bilərdi. Amma təəssüf ki, Bakı üçün bu da mümkün deyil. Çünki Bakıda göydələnlər yollara yaxın tikilib.

A.Rəhimov Bakıda tıxacların aradan qaldırılması üçün maraqlı bir təklif də irəli sürüb. Onun sözlərinə görə, bəzi ölkələrdə ayın tək günləri nömrəsi tək rəqəmlə bitən avtomobillər, ayın cüt günləri isə, nömrəsi cüt rəqəmlə bitən avtomobillər yola çıxa bilir: "Bakıda da bu tətbiq edilsə, düşünürəm ki, yollarda olan tıxaclar azala bilər. Tıxaclar Bakının ciddi probemlərindən biridir. Hamı bu barədə düşünməlidir".

Ekspertlərin, vətəndaşların, jurnlaistlərin düşündüyü qədər BNA da tıxac probleminin həlli yolunu düşünsəydi, yəqin ki, bu gün belə bir problemdən danışmazdıq.

Nə qədər ki, bu problem var: "Piyada gəzin, ictimai nəqliyyatla gəzin"...

İlahin, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər