Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert Müdafiə Nazirliyinə səsləndi: “Bunu deputatlar yox, müdafiə naziri tələb etməlidir”
Hərbi ekspert Müdafiə Nazirliyinə səsləndi: “Bunu deputatlar yox, müdafiə naziri tələb etməlidir”

Milli Məclisin 17 noyabr tarixli plenar iclası zamanı çıxış edən deputat Elnur Allahverdiyev həm Birinci, həm də İkinci Qarabağ müharibəsi iştirakçılarının təqaüdlərinin artırılması məsələsinə toxunub.

O bildirib ki, Vətən Müharibəsindən sonra şəhid ailələri və qazilərin təqaüdlərində nəzərəçarpacaq dərəcədə artım olub. Amma müharibə iştirakçılarının təqaüdləri artırılmayıb. Deputat əlilliyin müəyyən edilməsi üçün tətbiq edilən yeni üsulların çətinliyindən narahatlığını da ifadə edib. O, vurğulayıb ki, hətta qazilərimiz də onlara verilən əlillik qruplarından razı qalmadıqlarını bildirirlər.

Hərbi-siyasi ekspert Elçin Axundzadə deputatın toxunduğu məsələ barədə Bizimyol.info-ya açıqlama verib. Bildirib ki, belə problemləri deputatlar yox, müdafiə naziri tələb etməlidir.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Mən özüm də ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin veteranıyam. Müharibə iştirakçısı olduğum üçün illərdir ki, 80 manat təqaüd alıram. Bu rəqəmlər illərdir ki, dəyişmir və artırılmır. Təəssüf ki, Müdafiə nazirinin başı illərdir ki, digər məsələlərə qarışıb.

Bu gün 7 şəhidimiz, 10 yaralımız var. MN və müavinləri nə ilə məşğuldur, müdafiə sistemləri niyə zəifdir, ya da yoxdur? 2009-cu ildən MN-də nə hərbi prokurorluğ, nə də maliyyə nazirliyi audit yoxlamalar keçirmir, baxmayaraq ki, cənab prezident Maliyyə Nazirinə maliyyə nəzarətini gücləndirməyi tapşırıb”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »