Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Əzizov "uşaqlar" sözünü düz başa düşməyib...
Eldar Əzizov "uşaqlar" sözünü düz başa düşməyib...

Binəqədi rayonu ərasində yerləşən Məmməd Əmin Rəsulzadə qəsəbəsi mərkəzdən o qədər kənarda yeləşməsə də, sanki gözə görünməz olub. Belə ki, qəsəbədə fəaliyyət göstərən bağçalardan olan “Delfin” körpələr evi-uşaq bağçası sözün həqiqi mənasında acınacaqlı haldadır.

Bu bağça nə az, nə çox düz 1957-ci ildən fəaliyyət göstərir. Binaya baxdıqda görmək olur ki, binanın son əsaslı təmir olunma tarixi hardasa 30 il əvvələ aiddir. Bağçanın qapı-pəncələrəri, döşəməsi isə nühəyyamından qalıb. Bağçada təhsil alan körpələrin valideynləri bu vəziyyətdən çox narahat və narazıdırlar. Dəfələrlə bu bağçanın əsaslı təmir olunacağı ilə bağlı məlumatlar, vədlər verilsə də illərdir ki, məsələ öz həllini tapmır. Artıq neçə nəsil bu bağçada bu şərtlər altında təhsil almağa məcbur olub.

“Delfin” körpələr evi-uşaq bağçasına övladını yollayan valideynlərdən biri deyir ki, bu bağçanın problemi yeni yaranmayıb və uzun illərdir davam edir.

Uşaq

“Yoldaşım da bu bağçanı bitirib. İndi 31 yaşı var. Elə onun dövründən bağça bu vəziyyətdədir. Həmin vaxtdan bu yana əsaslı təmir olunmayıb.  Başqa dövlət bağçalarına baxıb həsəd aparırıq. Biz də istəyirik ki, övladlarımız normal şərtlər altında təhsil alsın”,- deyə valideyn bildirir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Bizimyol.info-ya bildirdilər ki, təmir məsələlərinə onlar yox, Bakı Şəhər İcra Hakimiyyəti baxır.

Bu dəfə BŞİH-nin mətbuat xidmətinə üz tutduq, lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, Eldar Əzizovun "kontor"unda dəstəyi qaldıran olmadı.

Bu gedişlə bu bağça hələ uzun illər bu vəziyyətdə fəaliyyət göstərəcə Baxmayaraq ki, dövlət büdcəsindən bu sahəyə lazımi qədər vəsait ayrılır. Görünür, kimsə rəhbərliyi başa salmalıdır ki, o pullar sizin uşaqlarınıza deyil, bağçalardakı uşaqlara ayrılır...

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər