Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Musiqini dərk etmək üçün ömür lazımdır" - Tarzən Rövşən Zamanovun ad günüdür
"Musiqini dərk etmək üçün ömür lazımdır" - Tarzən Rövşən Zamanovun ad günüdür

Deyirlər, "insan, taleyini - həyat yolunu özü seçir". Və bu seçimlər, onun bütün həyatına təsir edir. O da, uşaq yaşlarından tarı seçmişdi. Tarın simlərinə toxunduqca ürəyinə süzülmüşdü tarın səsi. Kəsilməsin istəmişdi, tarın səsi. Paylamışdı hisslərini bağrına basdığı tarı ilə. Təhsilini başa vurub qayıtmışdı yurd-yuvasına. Çünki sevirdi öz torpağını. Və beləcə başlamışdı, bir həyat hekayəsi...

Bu gün Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktoru, tarzən Rövşən Zamanovun 67 yaşı tamam olur.

Göyçay musiqi məktəbini bitirən gənc Rövşən Zamanov, Asəf Zeynallı adına məktəbə bir imtahanla qəbul olur. Ancaq bir müəllimin səhvən qiymətini kəsməsi, gənc istedadın konservatoriyaya daxil olmasına mane olur. O, Göyçaya qayıdır. Fəaliyyətini burada davam etdirən Rövşən Zamanov, sonradan konservatoriyaya da daxil olub uşaqlıq arzusunu reallaşdıra bilir.

Həyatını tara bağlayan tarzənin ifaları, tez bir zamanda hər yerdə sevilməyə başlayır. Tarzən deyir ki, "musiqini başa düşmək, dərk etmək üçün ömür keçməlidir. Həyatın enişini-yoxuşunu yaşadıqca musiqiləri də başa düşürsən. Musiqini dərk etmək üçün ömür lazımdır".

"Sızlayır əhvalıma sübhə qədər, tarım mənim,

Təkcə tarımdır qara günlərdə, qəmxarım mənim.", - deyir tarzən. Hisslərini, duyğularını musiqilərə tökmək üçün gözlərini qapayıb tarını bağrına basır və musiqi süzülür tarın simlərindən.

67 il... Və tara həsr edilmiş bir ömür. Bu gün Rövşən Zamanov təkcə Göyçayda deyil, bütün Azərbaycanda sevilir. O, xalqın sevimlisidir. Onu xalq sevir, amma... Bu yerdə yadıma aktyor Eldəniz Zeynalov düşdü, nədənsə. Aktyor bütün ömrünü sənətinə həsr etsə də, ona xalq artisti adı o qədər gec verilmişdi ki, bu xəbər onu heç sevindirməmişdi də... Haqqında yazılan qəzeti bir kənara atmışdı. Çünki arzuladığı zaman çata bilməmişdi arzusuna... Bəlkə sənətkarlar istəkələrini, azularını dilə gətirə bilmirlər, amma biz onların üçün danışa bilərik, tələb edə bilərik...

67 il böyük bir ömürdür və tarzən Rövşən Zamanova layiq olduğu ad verilməlidir. Bunu onun ifalarını sevən hər kəs arzulayır, xalq arzulayır.

Doğum gününüzü təbik edirik, dəyərli sənətkar Rövşən Zamanov. Sizin haqqınızda çox danışmaq olar. Sizin sənətiniz, ifalarınız o qədər dəyərlidir ki...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
Son xəbərlər
Bütün xəbərlər »