Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Bizimyol.info xəbər verir ki, , spiker Sahibə Qafarova sədrlik etdiyi iclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirə olunur.
“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edir.
Sonra deputatlar məsələ ətrafında çıxış edəcəklər.