Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi niyə susur?
Müdafiə Nazirliyi niyə susur?

16 noyabr tarixində Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətin yaşanmasından sonra sosial şəbəkələrdə, bəzi xəbər saytlarında rəsmi olmayan məlumatlar dərc olunmaqdadır. Mənbəyi məlum olmayan bu xəbərlər isə vətəndaşların daha da çox təşviş yaşamasına, səhv iqtiqamətdə düşüncələrin formalaşmasına səbəb olur.

Müdafiə Nazirliyi isə nədənsə, buna "dur" demir, sərhəddə nələrin baş verdiyini rəsmi formada açıqlamır, mətbuatın suallarını cavabsız qoyur. Ən yaxşı halda Nazirlik "uzun atəşkəs" dövründə olduğu kimi ümumi sözlərlə qısa açıqlamalarla çıxış edir. Bu cür ciddi hadisələrdə daim məlumatlandırmaq, insanların yanlış xəbər axınına düşməsinin qarşısını almaq əvəzinə dövlət qurumları bir küncə çəkilirlər. Nəticədə isə doğru və ya düzgün olduğunu bilmədiyimiz məlumatların içərisində “boğuluruq”.

Bir müddət sonra isə Nazirlik rəsmiləri çıxacaq və açıqlama verəcəklər ki, yalan-yanlış məlumatlar yayılıb inanmayın. Ekspertlər də bu dəfə düşəcək yerli medianın canına ki, dezinformasiya yayırlar, kütləni yığmaq üçün uydurma xəbərlər dərc edirlər və s. Amma əmin olun ki, bu boşluq dövlət idarələri tərəfindən yaradılır və daha sonra qarşısıalınmaz hala gəlir.

Bu mənzərə isə bizə heç də yad deyil. Vətən müharibəsi zamanı da yerli media məlumatı Türkiyə Müdafiə Nazirliyindən, Rusiya rəsmilərindən və s. alırdı. Vətəndaşlar isə yerli kanallarımızı qoyub, Türkiyə kanallarının qarşısında diqqət kəsilmişdilər ki, görək müharibənin durumu nə yerdədir.

Ümidvarıq ki, bu dəfə rəsmi açıqlamanın gecikməsinə tutarlı səbəblər var.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər