Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

Vətən müharibəsində yaralanmış qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır.

Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.

Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.

Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir.

Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »