ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili tədbirlər görməyə çağırıb.
Bbizimyol.info xəbər verir ki, bu barədə onun yaydığın bəyanatda bildirilib.
"Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında fəal hərbi əməliyyatlar barədə məlumatlardan dərin narahatdır", - deyə ABŞ xarici işlər naziri bildirib.
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 15-də Qarabağla bağlı bəyanatında qeyd olunduğu kimi, Ermənistanla Azərbaycan arasında son zamanlar gərginliyin artması münaqişə ilə bağlı bütün mövcud problemlərin danışıqlar yolu ilə uzunmüddətli əsasda hərtərəfli həllinin zəruriliyini vurğulayır”, - deyə Blinken əlavə edib.