Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda Urbisid" fotosərgisi Beynəlxalq Hava Limanında
"Qarabağda Urbisid" fotosərgisi Beynəlxalq Hava Limanında

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ideya müəllifi olduğu "Karabakh.Center" internet-resursunun çoxsaylı materialları əsasında "Qarabağda Urbisid" fotosərgisi noyabrın 16-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayiş olunur.

Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal-1 Beynəlxalq Hava Limanı" gömrük postunun ərazisində nümayiş olunan sərgi bir ay müddətində davam edəcək.

Sərgiyə cəlb olunan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvləri gün ərzində hava nəqliyyatı ilə səfərini təşkil edən sərnişinləri nümayiş olunan fotoşəkillər, eyni zamanda, Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə məlumatlandıracaqlar.

"Qarabağda Urbisid" fotosərgisi Beynəlxalq Hava Limanında

Sərgi 30 illik işğal dövründə Qarabağdakı maddi-mədəni irsimizə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyasını göstərmək məqsədilə təşkil edilib.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Bu məqsədlə, Qarabağ Dirçəliş Fondu ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları əks etdirən "Qarabağda Urbisid" fotosərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

Məlumat üçün bildirək ki, eyniadlı sərgi oktyabrın 1-dən etibarən, Bakı şəhərinin böyük alış-veriş mərkəzlərində - "Gənclik Mall", "Port Baku Mall", "28 Mall"da da nümayiş etdirilir.

"Qarabağda Urbisid" fotosərgisi Beynəlxalq Hava Limanında

Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh.Center" internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox foto faktları və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkilləri ilə də tanış olmaq mümkündür.

"Qarabağda Urbisid" fotosərgisi Beynəlxalq Hava Limanında

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »