Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölmək, köçmək və kiçilmək həvəsi ermənilərə dinclik vermir
Ölmək, köçmək və kiçilmək həvəsi ermənilərə dinclik vermir

Son günlər Ermənistan ordusunun qalıqları teror-təxribat fəaliyyətlərini davam etdirərək Azərbaycanla sərhəddə vəziyyəti yenidən gərginləşdirib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı qəfil hərbi əməliyyata başlayıb.

Nazirliyin məlumatında bildirilir ki, görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu, əməliyyat-taktiki baxımından növbəti dəfə tam iflasa uğrayıb.

44 günlük müharibə nəticəsində işğal etdiyi Azərbaycan ərazilərinin böyük bir hissəsindən darmadağın edilərək qovulan Ermənistan ordusunun qalıqları, vaxtaşırı belə terror hərəkətləri etməyə cəhd edirlər. Üçtərəfli bəyanatla dayandırılmış müharibədəki məğlubiyyətin əvəzini çıxmaq üçün hərbçilərimizin postlarına atəş açır, dağıdıb xarabaya çevirdikləri ərazilərdə quruculuq işləri ilə məşğul olan Azərbaycanın mülki vətəndaşlarını, tikinti işçilərini atəşə tuturlar. Hətta bu günlərdə keçid buraxılış məntəqəsində xidmət edən hərbçilərimizə qumbara atmışdılar.

Bütün bunların cavabı təbii ki olur, amma “dadanan, dayanmaz” deyiblər. Sanki ermənilər gənclərini ölümə göndərməkdən ləzzət alirlar. Dayanmadan terror xarakterli təxribatlar həyata keçirirlər.

Dünən cəbhədə hərbçilərimizi atəşə tutan Ermənistan ordusu, Azərbaycanın igid oğullarının layiqli müqaviməti ilə qarşılaşaraq geri çəkilmək məcburiyyətində qalıblar. Təkcə geri çəkilməklə kifayətlənməyiblar. Yenə bir vaxtlar arxa çevirdikləri Rusiyaya üz tutaraq, guya “suveren ərazilərini Azərbaycan qoşunlarının hücumundan qorumaq üçün” Moskvadan kömək istəyiblər. Bu müraciət barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, İctimai Telekanalın efirində məlumat verib.

"1997-ci il müqaviləsinə əsasən, biz, Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiya Federasiyasına müraciət edirik. Hazırda yazılı müraciət hazırlanır", - deyə Qriqoryan bildirib.

Bir ağıllısı da yoxdur desin ki, “özümüzə Azərbaycan ərazisində bir dövlət düzəltdirmişik. Barı bundan sonra qonşuluq etməyi bacaraq”. Yox, bunların dəlisi də, ağıllısı da, alimi də, savadsızı da elə “qan” deyir, müharibə istəyir, işğal həvəsindədir. Təxribat törədirlər, məğlubiyyətə uğrayanda da böyük dövlətlərin qarşısında gözyaşı töküb imdad diləyirlər. Bu gün Rusiya qarşısında diz çöküb yalvardıqları kimi, yalançı “yazıq xalq” obrazı yaratmağa çalışırlar. Əslində, bunlar həqiqətən də “yazıq” yox, bədbəxt xalqdır. 100 dən artıqdır ki, dövlətlərini elan ediblər, amma hələ də oturaq həyata alışmayıblar. Qanlarındakı “köç etmək” ehtirası, onlara dinclik vermir. Çünki xislətlərinə görə yüz yerdən qovulub didərgin həyat sürüblər. Bu da toplumun qan yaddaşına köçüb. "Naxırçı qızın könlünə hərdən naxır əppəyi düşür". Amma bundan sonra Azərbaycanın üzərinə gələnlər, son “köç”lərini etmiş olacaqlar. Ordumuz onları elə bir yerə göndərəcək ki, dönüşü olmayan “səyahətə”.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »