Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar yeni rekord təzələdi
Türkiyədə dollar yeni rekord təzələdi

Lirənin bu qədər zəifləyəcəyini hətta ən bədbin proqnozlar da demirdi. Türkiyə milli valyutası az qala hər gün dəyər itirir.

Bizimyol.info xəbər verir ki, noyabrın 16-da 1 manat 6 lirə olub. Yəni qardaş ölkədə ABŞ dollarının məzənnəsi 10.20 həddinə çatıb. Lirənin tarixində hələ belə aşağı göstərici olmamışdı.

Avro da Türkiyədə güclənir. Avropa valyutası 11.61-ə təklif olunmaqla burada rekordu rəsmiləşdirib.

Lirə niyə sürətlə zəifləyir? Mütəxəssislər hesab edir ki, Türkiyə Mərkəzi Bankının faiz endirimləri valyutanın zərərinə işləyir. Bank prosesin davam edəcəyini bildirib. Bu isə lirə üçün təhlükənin sovuşmadığını göstərir.

ABŞ Mərkəzi Bankının dolların dövriyyədəki həcminin azaltmaq qərarı da bazarda sözünü deyir. Bir çox valyutalar qeyri-sabit ovqatdadır. Lirə isə dəyər itirən pul vahidləri sırasında lider yerlərdən birini tutur.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər