Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pavlovun iti": sonun başlanğıcında - Aktual replika
"Pavlovun iti": sonun başlanğıcında - Aktual replika

Ermənistan rəhbərliyi yenə ikili oynayır: bir yandan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir: "Putin, bizi Azərbaycandan qoru" deyir, o biri yandan, Baydenin "Demokratiya uğrunda" virtual sammitində iştirakını təsdiqləyir. Bununla guya həm Putini, həm Baydeni Ermənistanın arxasına almağa çalışır. Hərçənd Azəraycan, sosial şəbəkələrdə bəzilərinin iddia etdiyi kimi, Ermənistanın ərazisinə daxil olmayıb; biz öz sərhədlərimiz daxilində müdafiə olunuruq. Əks halda Ermənistan hərbçiləri öz silah və texnikalarını da atıb niyə qaçsın ki?!

Qayıdaq "Pavlovun iti"nə. Məşhur alim İvan Pavlov bir ac itə zəng səsi ilə ət parçaları atırdı. Sonra, sadəcə, zəngi çalırdılar, amma itə yemək vermirdilər. Amma yenə də zəng səsi eşidən kimi, itin ağzının suyu axırdı...

Sonra işığı yandırıb ət parçaları atdılar. İtdə işıq yananda yemək gəlməsi refleksi yaratdılar. Sonda eyni vaxtda gah işıq yandırdılar, gah zəngi basdılar. İt işıqla zəng arasında qaldı və ürəyi partladı...

İndi Ermənistan rəhbərlərinin şərti refleksi Amerikadan gələn işıqla Rusiyadan çalınan zəng arasında dolaşıb qalıb. Nəticəsi tezliklə məlum olacaq.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »