Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX: Əhali arasında vahimə yaradan yanlış məlumat yayılır
DTX: Əhali arasında vahimə yaradan yanlış məlumat yayılır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat verib.

Bildirilir ki,  son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.

Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »