Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3-cü ixtisas qrupunda dəyişiklik barədə xəbərlərə aydınlıq gətirildi
3-cü ixtisas qrupunda dəyişiklik barədə xəbərlərə aydınlıq gətirildi

Son zamanlar 3-cü ixtisas qrupuna hazırlaşan abituriyentlərin üçüncü qrup imtahan fənlərindən əlavə, bir də coğrafiya fənnindən imtahan verməli olduğu barədə sosial şəbəkələrdə fikirlər yer almaqdadır. Belə ki, Dövlət İmtahan Mərkəzi coğrafiya fənninin 3-cü qrupa salınmasını, sonradan həmin qrupa əlavə edilən iki ixtisas üzrə - Regionşünaslıq və Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi ilə əlaqələndirir.

Yayılmış informasiyanın doğruluğunu yoxlamaq və eyni zamanda, ictimaiyyətin suallarına dolğun cavab almaq məqsədilə Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq Mətbuat Xidmətinin rəhbəri məzuniyyətdə olduğundan DİM-in çağrı mərkəzi - 1653 ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri, yaxud onun müavini ilə əlaqə saxlaya bilmədiyimizdən, suallarımızı çağrı mərkəzinin əməkdaşı Tamilla Əliyeva cavablamalı oldu.

Tamilla xanım 3-cü ixtisas qrupu üzrə altı yox, hər zamankı kimi yalnız beş fəndən imtahan veriləcəyini bildirdi.

“3-cü ixtisas qrupu üzrə coğrafiya fənninin əlavə olunması barədə məlumat doğrudur. Amma bu fənn, o ixtisas qrupu üzrə salınıb ki, həmin ixtisaslar 2-ci ixtisas qrupunda idi və onlar, yəni Regionşünaslıq və Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi 3-cü ixtisas qrupuna keçirilir. Kimlər ki, yalnız bu adı çəkilən iki fakültə üzrə imtahan vermək istəyir, məhz, coğrafiya fənnindən imtahan həmin kəslərə aiddir. Onlar coğrafiyadan ayrıca imtahan verməlidirlər. Əgər 3-cü qrupa hazırlaşan abituriyent həmin fakültələri istəmirsə, o zaman olduğu kimi qalır, yəni onlara coğrafiya əlavə olunmur. Əvvəlki 5 fənn üzrə imtahan verə bilərlər.

Xüsusi olaraq qeyd edək ki, 3-cü qrup üzrə altı yox, ənənəvi olaraq, beş fəndən imtahan veriləcək. Sadəcə olaraq, həmin qrup üzrə adı çəkilən fakültələrə qəbul olmaq istəyən abituriyentlər ədəbiyyat fənnindən yox, coğrafiya fənnindən imtahan verəcəklər. Onlar ədəbiyyat fənni üzrə hazırlaşmırlar”,– deyə çağrı mərkəzinin əməkdaşı qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
Son xəbərlər
Bütün xəbərlər »