Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hələ də yüzlərlə hərbi texnika Xocalıya yaxın ərazilərdə saxlanılır"
"Hələ də yüzlərlə hərbi texnika Xocalıya yaxın ərazilərdə saxlanılır"

Politoloq Natiq Miri: "10 Noyabr bəyannaməsi bir bütündür"

"Bu gün Qarabağda və Azərbaycan-Ermənistan sərhədində qəribə hadisələr baş verir. Erməni terrorçusu hərbçilərimizə atəş açır, ancaq saxlanılıb yenidən Ermənistana təhvil verilir. Biz tərəfdən buna adekvat cavab verilməli və həmin terrorçu dərhal məhv edilməliydi".

Bu fikirləri Bizimyol.info saytına açıqlayan politoloq Natiq Miri bildirdi ki, hərbçilərimizin buna ixtiyarı var və Azərbaycan Müdafiə Nazirliyinin bu barədə konkret göstərişləri var: "Ancaq həmin terrorçu nədənsə həmin gün dərhal qarşı tərəfə təhvil verildi. Bütün bunların arxasında Rusiya dayanır. Bu yaxınlarda Moskvada dövlət başçılarının üçtərəfli görüşü baş tutacaq və buna müəyyən hazırlıq aparılır. Bu görüşün əsas müzakirə predmeti, Rusiya və Ermənistanın istədiyi kimi, təkcə kommunikasiya xətlərinin açılması olmamalıdır. Çünki Böyük Sülh Sazişinə aparan zəncir təkcə bundan ibarət deyil. İlk növbədə 44 günlük Vətən müharibəsindən doğan nəticələr var".

Natiq Miri Natiq Miri

Politoloqun fikrincə, bu görüşdə sərhədlər mütləq müəyyən olunmalıdır: "Əvvəl dellimitasiya, sonra demarkasiya həll edilməlidir. 10 Noyabr sənədindən irəli gələn məsələlər var. Hələ də Qarabağda 10 mindən çox Ermənistan silahlı birləşmələri var. Hələ də yüzlərlə hərbi texnika Xocalıya yaxın ərazilərdə saxlanılır. Onlar nə zaman çıxarılacaq və Rusiya üzərinə götürdüyü öhdəlikləri nə zaman yerinə yetirəcək? Bir sözlə, 10 Noyabr sənədinin dördüncü müddəasınin icra olunması minimum həddədir".

Bu bəyannamənin bir bütün olduğunu söyləyən ekspertin fikrincə, bir müddəasının yerinə yetirilməməsi bütünlükdə bəyannamənin yerinə yetirilməməsi anlamına gəlməlidir: "Əgər doğrudan da belədirsə, o zaman rəsmi Bakı bu sənədin keçərsiz olduğunu açıq şəkildə bəyan etmək hüququna malikdir. Bundan sonra məsələlər, texniki yolla həll ediləcək və digər ərazilər də erməni silahlı birləşmələrindən azad olunacaq. Bütün ərazilərdə suverenliyini bərpa edən Azərbaycan, kimlərin bu ərazilərdə yaşayıb - yaşanmayacağını BMT-nin Qaçqınlar üzrə Komissiyası ilə birlikdə həll edəcək".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »