Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyadaların üstünə su sıçradan sürücülərlə bağlı ziddiyyətli vəziyyət
Piyadaların üstünə su sıçradan sürücülərlə bağlı ziddiyyətli vəziyyət

Yağışlı havalarda piyadaların üzərinə palçıqlı su sıçradan sürücülər İnzibati Xətalar Məcəlləsinə görə, 40 manat məbləğində cərimə edilməlidirlər. Bu hallar necə müəyyən edilir? Bəzən piyadaların özləri belə, qəsdən avtomobillərin həərkət zolağına daxil olurlar. Bu zaman avtomobil sürücüsü məcburdur ki, sürüb yolunu getsin. Belə yollarda piyadaların üzərinə su sıçrayırsa, sürücü buna cavabdehdirmi?

Sürücü Azad İbrahimov bildirir ki, Bakıda yağışlı havalarda hərəkətin sürəti azaldıldığı üçün, bütün avtomobillər aşağı sürətlə hərəkət edir. Ancaq bəzi Bakı ətrafı qəsəbələr var ki, bu ərazilərdə yollar təmirsiz olduğu üçün, deyilən hal yaşana bilər: "Bakı ətrafı qəsəbələrin çoxunda yollar təmirsizdir. Çala-çuxur yollara su dolan zaman sürücü, yolun necə olduğunu bilmir. Belə yoldan aşağı sürətlə keçdiyin zaman belə su sıçraya bilər. Və yaxud bəzi yerlər var ki, piyadalar piyada səkilərindən deyil, yolun içi ilə hərəkət edirlər. Bu hallarla da qarşılaşırıq. Sanki piyada özü can atır ki, suyu üzərinə sıçradasan".

Sürücü deyir ki, belə hallarla ara-sıra qarşılaşır. Ancaq heç bir zaman piyadalar bununla bağlı ondan şikayət etməyiblər. Çünki günahsız olub.

Qeyd edək ki, hazırda Bakının bütün küçələrində DYP-nin kameraları var. Yəni, piyadaların üzərinə su sıçrama halı baş verərsə və piyada, avtomobil sürücüsündən şikayət edərsə, bu halda vəziyyət araşdırıla bilər. Sürücü isə, bu vəziyyəti qəbul etmir.

"Bəlkə heç o yolda kamera yoxdur və piyada mənə şər atır? Bəlkə yol elə vəziyyətdədir ki, mən keçəndə özüm də bilmədən olub? Niyə özüm bilməyərəkdən baş verən bir hadisə üçün pul ödəməliyəm ki?",- deyən sürücü, bu vəziyyətlə bağlı heç bir sürücünün qəsdən piyadanın üzərinə su sıçradacağına inanmır.

Hüquqşünas Fərid Həmidov bildirib ki, bu kimi halların qarşısının alınması üçün bütün yollarda kameralar quraşdırılmalıdır və piyadaların müraciəti əsasında həmin hal araşdırılmalıdır.

"Bəlkə sürücü, kiminsə üzərinə qəsdən su sıçratmayıb. Bəlkə piyada, özü yol hərəkəti qaydasını pozub? Nə qədər piyadalar var ki, avtomobillərin hərəkət zolağına daixl olur, yolu istədiyi yerdən keçməyə çalışır. Buna görə də, belə hallar baş verən zaman vəziyyəti araşdırmadan qərar vermək olmaz" - deyə hüquqşünas əlavə edib. Onun sözlərinə görə, piyadaların üzərinə qəsdən su sıçratma İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Və sürücünün təqsiri sübut edildiyi halda, 40 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Dövlət Yol Polis İdarəsi, küləkli və yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib: "Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə, sürücülər, həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın"

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »