Rusiyalı Sergey Kurginyan Azərbaycanda vəzifəyə təyin olunub. Erməni əsilli pilitoloq Kurginyan Rusiyanın Azərbaycandakı səfirliyi yanında Rus Mədəniyyət Mərkəzinə rəhbər qoyulub.
Höccətülislam Ocaqnejadın rəhbəri olduğu İran Mədəniyyət Mərkəzinin əslində kəşfiyyat-təxribat yuvası olmağından dərs çıxarmamışıq. Yoxsa bu təyinata razılıq verməzdik. Kurginyan da ilk müsahibəsində bizi ələ salıb: "Bir çox Azərbaycanlı iş adamları bizim layihələrimizə sponsorluq edəcək" deyib. Erməni əsilli Kurginyan Azərbaycanda rus mədəniyyətini təmsil və təbliğ edəcəkmiş. Bizim biznesmenlərimizin öz şəhid ailələrimizə, qazilərimizin müalicəsinə qıymadığı pullarımızla!

Bircə o qaldı ki, Paşinyanın müdafiə naziri vəzifəsindən azad etdiyi Arşak Karapetyanı da Putin Bakıdakı səfirliyə hərbi attaşe göndərə...
Seyid Əhmədli, bizimyol.info