Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorbaçov: "Dünya nüvə silahı ilə xilas ediləcək" bəyanatı mifdir
Qorbaçov: "Dünya nüvə silahı ilə xilas ediləcək" bəyanatı mifdir

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov dünya siyasətini demilitarizasiyaya çağıraraq, nüvə silahının sülh və təhlükəsizliyin təminatçısı olmasını mif adlandırdı.

Bizimyol.info xəbər verir ki,  noyabrın 15-də Qazaxıstanın paytaxtında Nüvə Təhlükəsizliyi və Nüvəsiz Dünya üçün Qlobal Alyans iştirakçılarının konfransı açılıb. Nazarbayevin bu təşəbbüsü müxtəlif ölkələrin siyasi liderləri tərəfindən geniş dəstək aldı.

Qlobal təhlükələrdən (pandemiya, yoxsulluq, su qıtlığı, qlobal istiləşmə və s.) danışan Qorbaçov hələ də hərbi aspektə endirilən təhlükəsizlik ideyasını kökündən dəyişdirməyi təklif etdi. Onun sözlərinə görə, əgər ölkələrin hökumətləri silahlanma yarışı ocağına, ilk növbədə, nüvə silahına nəhəng vəsaitlər ayırmaqda davam edərsə, insanların təhlükəsizliyini təmin etmək üçün bütün səylər uğursuzluğa məhkum olacaq.

“Nüvə silahının tərəfdarları onun sülh və təhlükəsizliyin təminatçısı olduğunu iddia edirlər, mən buna cavab verirəm: "nüvə silahları dünyanı xilas edir" fikri - bu təhlükəli dünyada ən təhlükəli mifdir. 1962-ci ildə məhz bu silahlar Kuba  böhranına səbəb oldu ", - deyə Qorbaçov vurğulayıb.

Qorbaçov öz müraciətində “dünya siyasətini, beynəlxalq münasibətləri, siyasi təfəkkürü demilitarizasiya etmək və onları Damoklun nüvə qılıncından qurtarmaq lazımdır” qənaətində olduğunu bildirib.

Bundan əlavə, Qorbaçov Rusiya və ABŞ prezidentlərinin nüvə sahəsini müzakirə etdikləri Cenevrə danışıqlarının “real nəticələrinə” ümid etdiyini bildirib.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Oğuldan məhkum ataya "narkotikli dovğa" sovqatı
Son xəbərlər
Bütün xəbərlər »