Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Planetin balinalara çox ehtiyacı var” - İldə 1,9 milyon ton karbon qazı udurlar
“Planetin balinalara çox ehtiyacı var” - İldə 1,9 milyon ton karbon qazı udurlar

Araşdırmalar zamanı sayı gündən-günə azalan balinaların qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığı ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində mütəxəssislər tərəfindən dənizdə aparılan araşdırmada məlum olub ki, bədənlərində böyük miqdarda karbon saxlayan balinalar, böyük miqdarda karbonu dənizin dibinə apararaq, orada qalmasına səbəb olurlar.

Hesablamalara görə, bir ağac ildə 48 kilo karbon qazı uddur. Bu isə o deməkdir ki, bir ağac 100 il yaşayırsa, bu, ümumilikdə 2,4 ton karbon qazının udulmasına səbəb olur. Alimlərin hesablamalarına görə, balinaların ovlanmasının bu qədər yayılmadığı vaxtlarda isə onlar ildə 1,9 milyon ton karbon qazı udurdular. Bu rəqəmlər təxminən 300-400 min avtomobilin atmosferə buraxdığı illik karbon qazına bərabərdir.

Bir sözlə bu araşdırmalar göstərir ki, quruda ağacların oynadığı rolu, dənizdə də balinalar oynayır.

Leyla, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »