Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordaniyadan iddia: İranın qadın futbol millisinin qapıçısı kişidir - Foto
İordaniyadan iddia: İranın qadın futbol millisinin qapıçısı kişidir - Foto

İranın qadınlardan ibarət futbol millisi ilə bağlı qalmaqal yaranıb. Komandanın qapıçısının kişi olması barədə şübhə ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, İordaniya Futbol Federasiyası xeyli təəccüblü iddia irəli sürüb. Asiya ölkəsinin futbol funksionerləri İranın kişi futbolçudan istifadə etdiyinə əmindir. Komandalar arasındakı qarşılaşmadan sonra yayılan fotolar ciddi şübhə yeri qoyur. İranın qapıçısının baş örtüyü bir az arxaya sürüşüb. Onun sifət cizgiləri və saç forması kişi olduğuna işarə vurur. İordaniya tibbi yoxlama tələb edir.

İş orasındadır ki, məhz qapıçı komandalar arasındakı qarşılaşmanın taleyini müəyyən edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. İranlı qadın futbolçular 11 metrlik cərimə zərbələri sayəsində qələbə qazanıb. Qapıçı iordaniyalıların bir neçə zərbəsini dəf etməklə nəticədə vacib rol oynayıb. İran qələbə sayəsində Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Zohreh Kudai, İranın qadın millisinin qapıçısı Zohreh Kudai, İranın qadın millisinin qapıçısı

2010-cu ildə cənubiafrikalı yüngül atlet Ksster Semenya ilə bağlı oxşar şübhə yaranmışdı. Qaçış yarışlarında uğurla iştirak edən qadın idmançının kişi olduğunu düşünmüşdülər. Sonradan testosteronun səviyyəsinin yüksəkliyi, amma Semenyanın qadın olduğu dəqiqləşmişdi.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər