Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Birgə kəşfiyyat və strategiya mərkəzi yaradılsın” – Ahmet Öven
“Birgə kəşfiyyat və strategiya mərkəzi yaradılsın” – Ahmet Öven

Türkiyəli mühəndis və stratejik məqalə yazarı Ahmet Öven, Türkiyə ilə Azərbaycanı ayrılmaz qardaşlar sayır. Bu nüans onun bizimlə bağlı yazılarında ana xətt kimi keçir.

Bizimyol.info xəbər verir ki, Ahmet Öven, Xəzər dənizindən Qara dənizə qədər yollar uzanmalı olduğu haqda yazmışdı. O, növbəti yazısında əsasən Türkiyə ilə Azərbaycanın birlikdə, böyük mənada isə Türk və İslam dövlətlərinin beynəlxalq kəşfiyyat və strategiya mərkəzinin yaradılmasının vacibliyindən söz açıb.

Ahmet Öven Ahmet Öven

Türkiyəli mühəndis və stratejik məqalə yazarı A.Öven, əvvəlcə ölkələr arasındakı tarixi bağlardan danışıb. Birgə hərbi təlimlər, addımlar xüsusi vurğulanıb. Ahmet Öven yazır ki, Liviya ilə hərbi, kəşfiyyat, Qətərlə həm hərbi, həm də iqtisadi araşdırmalar çox əhəmiyyətlidir. Yazıda Sudanın, İndoneziyanın, Somalinin də adı çəkilir.

Ahmet Öven, Türk və İslam dövlətlərinin bir istiqamətdə birləşməsinin tərəfdarıdır. Türkiyəli yazar, “Qardaş Azərbaycan” ifadəsini sevə-sevə işlədir. O, faşist qlobal güclər və ölkələrə qarşı bu birliyin çox vacib olduğunu bildirir. Ahmet bəyin fikrincə, hərbi, iqtisadi və enerji siyasətinin istiqamətləndirilməsində belə birliklər böyük rol oynayır. Həm də ortaya xarici təsirlərdən qorunmaq üçün ciddi qüvvə çıxır. Ahmet Öven, yazının bu hissəsində Bosniya və Herseqovinanın, Kosovonun, Əlcəzairin, Mərakeşin, Tunisin, Nigeriyanın, Malayziyanın, Pakistanın və Əfqanıstanın adlarını əlavə edir.

“Bu birgə kəşfiyyat mərkəzi, “İnterpol”un nəzarətində ola bilər. Bunu top model hesab etmək olar. Türk və İslam torpaqlarının qorunması, inkişafı ilə bağlı hər layihə, hər qurum silinməz möhür, sarsılmaz əsər olacaq”. - deyən Ahmet Öven, Qarabağ müharibəsindən danışmağı da unutmayıb. Təbii ki, əsas vurğu Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığına edilib. Pilotsuz uçuş aparatlarının müharibədə böyük iş görməsi qeyd olunub.

Ahmet Öven yazır ki, hələ Osmanlı dövründə həmin dönəmin şərtlərinə uyğun Afrikada və Asiyada müxtəlif istiqamətlərdə vacib araşdırmalar aparılırdı. Müasir dünyanın öz tələbləri var. Yazar düşünür ki, birlik, böyük coğrafiyanı əhatə etməklə xeyli faydalı işlər ortaya çıxaracaq.

Yazının müəllifi Türkiyəli mühəndis və stratejik məqalə yazarı Ahmet Öven, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını çəkib. Yazıda, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin Turan birliyi ideyasından da söz açılıb.

Ən əsası, Ahmet Öven, Türk və İslam dövlətləri beynəlxalq kəşfiyyat və strategiya mərkəzinin yaradılmasının necə əhəmiyyətli olmasının uyğun ifadələrlə çatdıra bilib.

Aytən Məmmədova, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »