Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soyuq partalara məhkum edilən şagirdlər və istilik üçün yığılan pullar…
Soyuq partalara məhkum edilən şagirdlər və istilik üçün yığılan pullar…

Məmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı orta məktəbin şagirdləri taleyin ümidinə buraxılıb. Belə ki, noyabrın 15-dən etibarən paytaxt Bakıda qış rejiminin tətbiqinə və “Azəristilik” ASC-nin bu tarixindən istilik verilişinə başlanmasına baxmayaraq, bu məktəbə istilikdən söhbət belə getmir.

Məktəbdə övladı təhsil alan valideynlərin Bizimyol.info-ya verdiyi məlumata görə, hətta elektriklə işləyən sobaların alınması üçün məktəbdə şagirdlərdən pullar da yığılır. Etiraz edən valideynlər isə müəllimlər tərəfindən aldadılır ki, otaqlar yaxşı isinmədiyi üçün əlavə isitmə sobalarına ehtiyac var.

Övladı bu məktəbdə təhsil alan Validə Vəliyevanın (şərti ad) sözlərinə görə, məsələ heç də müəllmlərin dediyi kimi yox, daha da acınacaqlıdır.

“Əslində məktəbə istilik verilmir. Çünki məktəbin borcu var. Müəllimlər bunu bəzi valideynlərə desələr də, səsə düşməməyi üçün hamıya açıq şəkildə etiraf edə bilmirlər. Olan isə bizim körpələrimizə olur. İlin-günün bu vaxtı, xəstəliyin bu qədər yayıldığı bir zamanda uşaqlarımız sinif otaqlarında donurlar.

Hava bir az sərt soyuq olan kimi uşaqları dərsdən saxlamalı oluruq. Çünki bu havada körpə canları ilə necə dözsünlər soyuğa?

İdarələr arasındakı problemin bizə nə aidiyyatı var? Öz aralarında həll etməlidirlər. Biz və övladlarımız bunun əziyyətini çəkməli deyilik”,- deyə valideyn bildirir.

Qeyd edək ki, Azəristiliktəchizat ASC–dən "15 noyabrdan etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Gün ərzində qoşulmalar tamamlanıb" açıqlaması vertilməsinə baxmayaraq, bir çox yaşayış, idarə və məktəblərdə istiliyin nəinki özü, heç "İ" hərfi belə yoxdur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »