Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Ukraynalı Ombudsmanı Saakaşvili ilə görüşdürməyə məcbur deyilik
Nazir: Ukraynalı Ombudsmanı Saakaşvili ilə görüşdürməyə məcbur deyilik

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Ukrayna Ombudsmanı Lyudmila Denisovanın məhbus Mixail Saakaşvilinin saxlandığı həbsxana xəstəxanasına hələ də buraxılmamasının səbəbini izah edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "sputnik-georgia" məlumat verib.

"Gürcüstan qanunvericiliyində Ukrayna ombudsmanının həbsxana xəstəxanasına girişi nəzərdə tutulmayıb, buna ehtiyac da yoxdur və bizim belə bir öhdəliyimiz yoxdur. İctimai müdafiəçi hələ də içəri buraxılmayıb. Çünki biz tibb müəssisəsində olan məhbusun sağlamlığını mümkün qədər qorumağa çalışırıq”, - deyə Breqadze mətbuat konfransında bildirib.

Eyni zamanda nazir Denisova ilə niyə hələ də görüşmədiyini açıqlayıb: "Yaxşı olardı ki, Ukrayna Ombudsmanı Rustavi şəhərindəki 12 saylı həbsxanada Saakaşvili ilə son görüşdən sonra birtərəfli bəyanatlar verməzdən əvvəl Ədliyyə Nazirliyinin mövqeyini dinləmiş olardı. Eks-prezident noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani həbsxanasının xəstəxanasına köçürülüb. Yaxşı olardı ki, biz o zaman görüşəydik, o, bizim mövqeyimizi də dinləyəydi və hər iki tərəfin mövqeyini nəzərə alaydı”, - deyə Breqadze bildirib.

Bu arada ombudsman Saakaşvilinin mülki klinikaya köçürülməsində israr etməkdə davam edir. O, eks-prezidentin vəkilləri ilə görüşdən sonra deyib ki, lazım gələrsə, həbsxana xəstəxanası ona kifayət qədər tibbi yardım göstərə bilməyəcək. Bundan əlavə, o, Saakaşviliyə işgəncə verildiyini bildirib.

"Saakaşviliyə psixoloji və mənəvi təzyiq davam edir", - deyəDenisova jurnalistlərə bildirib. Onun sözlərinə görə, Saakaşviliyə gecələr işıqları söndürməyə icazə verilmir. O, digər məhbusların səslərini eşitməmək üçün televizoru da tam səslə açmağa məcbur olur.

Bundan əlavə, Denisova Facebook səhifəsində yazıb ki, Saakavşili qusmağa başlayıb və qastroenteroloqun köməyinə ehtiyacı var.

Qeyd edək ki, Gürcüstanda iki cinayət işi üzrə qiyabi məhkum olunan Saakaşvili həbs olunduğu gün, oktyabrın 1-də aclıq aksiyasına başlayıb. Eks-prezident özünü siyasi məhbus hesab edir və ona qarşı irəli sürülən bütün ittihamlarıı uydurma olduğunu iddia edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »