Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Saxta qazi" ətrafında tragikomediya: "Sən Qazi deyilsən, çünki yaralanmamısan" - Video
"Saxta qazi" ətrafında tragikomediya: "Sən Qazi deyilsən, çünki yaralanmamısan" - Video

Son günlərdə sosial şəbəkələrdə heç də xoş olmayan görüntülər meydana gəlməkdədir. Bu videoların əksəriyyətində qazi və ya özünü qazi kimi təqdim etdiyi iddia edilən şəxslər və onları özbaşına şəkildə məhkəmə kimi mühakimə edənlər yer almaqdadır.

Axırıncı izlədiyim videoda Zəfər paradına hərbi forma ilə qatılan və qazi olduğunu iddia edən şəxs başqaları tərəfindən sorğu-sual və təhqir edilir, hətta ara-bir şillə də yeyirdi. Bu görüntüləri izləmək isə həqiqətən ürəkağrıdan idi. Yaşadığımız dünya boyda qələbəni bu qədər cılızlaşdırmaq nəyə lazım idi? Bu videoları izləyən ermənilər və ya başqa ölkə vətəndaşları bizim haqqımızda nə düşünəcək? Deməyəcəkmi ki, bunların qəhrəmanları elə bu cür saxta imiş?

Hətta həmin videonun bir hissəsində qeyd olunurdu ki, “sən vətən müharibəsi iştirakçısısan, amma yaralanmadığın üçün qazi deyilsən”. Görünür “qazi” anlayışı Azərbaycanda əvvəldən səhv iqtiqamətdə yönləndirilib. Çünki “qazi” sözü əslində “qələbə qazanmış əsgər” mənasına gəlir. “Qazi” heç də “müharibədə yaralanmış şəxs” demək deyil. Yəni, müharibədə iştirak etmiş hər bir şəxs yaralanıb-yaralanmamasından asılı olmayaraq, “qazi”dir. Buna misal kimi Qazi Mustafa Kamal Paşanı göstərmək olar.

Yaralanmaq məsələsi isə qismət işidir. Müharibədə iştirakı zamanı güllə dəyməyibsə, bu onun günahı deyil. Həmin şəxs də yaralana bilərdi.

Nə qədər ki, gec deyil, bu problem öz həllini tapmalı, yaralanmış müharibə iştirakçılarını ayırd edə bilmək üçün isə doğru terminlərdən istifadə edilməli və yaranan biabırçılığa son qoyulmalıdır.

Qısası, özünü Qazi kimi təqdim edən şəxs şübhəsiz səhvə yol verib - hətta əməli inzibati və ya cinayət məsuliyyəti yaradırsa, bununla bağlı olaraq hüquq-mühafizə orqanları tədbir görməlidir. Müharibə zamanında gizlənməyə yer axtaranlar indi çıxıb "Qazi" sözünü belə başa düşmədən məhkəmə qurmalı deyillər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »