Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın evini çəkən israilli cütlük casusluqda ittiham olunur
Ərdoğanın evini çəkən israilli cütlük casusluqda ittiham olunur

Prezident Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı evinin fotolarını çəkən israilli Mody və Natali O. cütlüyü saxlanılıb. Onlar və daha bir Türkiyə vətəndaşı “siyasi və hərbi casusluq” ittihamı ilə həbs ediliblər.

Bizimyol.info "haberglobal"a istinadən xəbər verir ki, İstanbul Üsküdardakı Küçük Çamlıca Radio və Televiziya Qülləsinin restoran yerləşdiyi mərtəbəsindən prezidentin iqamətgahının fotolarını çəkən şübhəlilərin hadisə günü saat 14:30 radələrində taksi ilə qülləyə gələrək 34-cü mərtəbəyə qalxdıqları məlum olub. Şübhəlilər çəkdikləri şəkllərdəki iqamətgahı dairə ilə işarələyərək "Whatsapp" vasitəsilə bir qrupa göndərdikləri öyrənilib.

İddiaya görə, fotonu paylaşan şübhəlilərin qarşı tərəfə "Bura Ərdoğanın evidir, yola yaxın, metro ilə üzbəüzdür", əlavə olaraq qüllədən iqamətgahın göründüyü mərtəbə, təhlükəsizlik xidmətinin sayı və lift barədə məlumatlar qeyd edilib.

Məlumata görə, hadisəni törədənlərlə birlikdə İ.A. adlı Türkiyə vətəndaşı da polis şöbəsi tərəfindən saxlanılaraq "siyasi və hərbi casusluq" ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilib.

İqamətgahın fotoşəkillərinin sözügedən ölkədəki insanlara göndərilməsi diqqətlə araşdırılarkən, qeydlərin şifrəli şəkildə gizli xidmətlərə ötürüldüyünə də diqqət yetirilib.

Ərdoğanın iqamətgahı ilə Küçük Çamlıca Radio və Televiziya Qülləsi arasındakı məsafədən əlavə, dəniz səviyyəsindən 587 metr yüksəklikdə İstanbulun ən hündür yeri olan qüllə ilə bağlı texniki məlumatların da sözügedən mesajlaşmada ötürüldüyü məlum olub.

Hadisənin baş verdiyi gün - 9 noyabr prezidenti iqamətgahının şəkillərini çəkdikləri zaman qüllə mühafizəsi bundan şübhələnib və vəziyyəti rəhbərliyə məruzə edib. saxlanılan şəxslərdən götürülən mobil telefonlara baxış keçirilərkən telefonların foto bölməsində heç bir şəkil olmadığı, ancaq fotoşəkillərin "Whatsapp" mesajlaşma proqramı vasitəsilə bir qrupa göndərildiyi görülüb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »