Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik faktiki hava şəraiti barədə açıqlama verib
Nazirlik faktiki hava şəraiti barədə açıqlama verib

Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata görə, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb.

G.Məmmədova qeyd edib ki, güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 24-28 metr, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 metrədək güclənib.

Güclü külək nəticəsində Neft daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb. Güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq.

Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq. Bölgələrdə də yağıntılı, küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Noyabrın 17-si səhər saatlarından bölgələrdə də eləcə də paytaxta hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »