Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Rusiya kosmosda raket sınağı keçirib
Pentaqon: Rusiya kosmosda raket sınağı keçirib

Pentaqon iddia edir ki, Rusiya kosmosda peyk əleyhinə raket sınaqları keçirib və bu sınaq zamanı Sovet İttifaqının orbitə çıxardığı kosmik aparat vurulub.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə bu bəyanatı ABŞ Kosmik Komandanlığı yayıb.

Məlumatda bildirilir ki, “Rusiya 2021-ci il noyabrın 15-də orbitdə birbaşa vurulan peyk əleyhinə raketini sınaqdan keçirib. Raket Rusiya peykinə (COSMOS 1408) düşüb və bu, Yer orbiti üzərində kosmit tullantıların artmasına səbəb olub. Rusiya strateji sabitliyi pozan və bütün ölkələr üçün təhlükə yaradan antikosmik silah sistemlərini inkişaf etdirməyə davam edir”, - deyə Bəyanatda bildirilir.

NASA-nın məlumatına görə, COSMOS 1408 1982-ci ildə SSRİ tərəfindən orbitə çıxarılıb.

Bəzi amerikalı generallar daha əvvəl Rusiyanın kosmosdakı hərəkətlərindən narahat olduqlarını bildiriblər. Bu cür iddialara cavab olaraq Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva kosmosda Vaşinqtonla əməkdaşlığı yüksək qiymətləndirir və onun rusofobiyanın qurbanı olmayacağına ümid edir. O, amerikalıların qorxularını tamamilə əsassız adlandıraraq, Moskvanın sülh və əməkdaşlıq tərəfdarı olduğunu vurğulayıb.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »