ABŞ prezidenti Co Bayden Çinin dövlət başçısı Si Cinpinlə virtual görüşün əvvəlində ona dünya qarşısında məsuliyyətini xatırladıb.
Bizimyol.info xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, Bayden Çin liderinə “sağlam düşüncəyə uyğun məhdudiyyətlər” yaratmağı təklif edib.
"Biz sağlam düşüncəyə uyğun bəzi məhdudiyyətlər yaratmalıyıq. Belə şeylər xüsusilə iqlim dəyişikliyi ilə mübarizə kimi həyati dünya problemlərində lazımdır" - deyə Bayden qeyd edib.
ABŞ prezidenti liderlər arasında açıq və dürüst fikir mübadiləsinin vacibliyini vurğulayıb.
"Biz həmişə dürüst və açıq ünsiyyət qurmuşuq. Biz heç vaxt fikir ayrılığına düşmürük, qarşı tərəfin nə düşündüyünü düşünürük. Bizim dünya və xalqımız qarşısında məsuliyyətimiz var", - ABŞ prezidenti deyib.
Bayden görüşə Çin liderinə "danışmağa çox vaxt sərf etdiklərini" xatırlatmaqla başlayıb: "Yəqin ki, danışığımıza formal şəkildə başlamaq lazımdır, baxmayaraq ki, siz və mən heç vaxt bu qədər rəsmi olmamışıq", - deyən Bayden söhbətin digər məqsədinin "ölkələr arasında sadə və birbaşa rəqabətin yaradılması" olduğunu xatırladıb.
ABŞ prezidenti regionda insan haqları, iqtisadiyyat və Hind - Sakit okeanlarının azad istifadəsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Bizimyol.info