Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN rəhbəri: “Üçtərəfli bəyanatların tam icrası mühümdür”
Azərbaycan XİN rəhbəri: “Üçtərəfli bəyanatların tam icrası mühümdür”

“Dayanıqlı sülh, inkişaf və tərəqqi Azərbaycanın gələcək vizyonunun əsasını təşkil edir və bu xüsusda, üçtərəfli bəyanatların tam icrası mühümdür. Azərbaycan tərəfi bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözləyir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Nazir bildirib ki, bölgədə bütün kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək:

“Bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüsdür. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhizləri təmin etmək səylərinə töhfə verəcək”.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »