Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
83 yaşlı kişinin dəhşətli intiharının detalları — Evdən necə çıxdı?
Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində - metrostansiyanın yaxınlığında yaşadığı məlum olub.

Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırmış. Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın həm ahıl kişinin məişət qayğılarını həll edirmiş, həm də onun evdən uzaqlaşmamasına nəzarət edirmiş. Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.

Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »