Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NK peşə təhsilində təqaüdlərin təyini və ödənilməsi qaydasının dəyişməsinə aydınlıq gətirib
NK peşə təhsilində təqaüdlərin təyini və ödənilməsi qaydasının dəyişməsinə aydınlıq gətirib

Nazirlər Kabineti peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasının dəyişməsinə aydınlıq gətirib.

Nazirlər Kabinetindən Bizimyol.info-ya verilən məlumata görə, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir. Qeyd edilib ki, hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar. Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir. Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir. Bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda və dəyişiklik edilməsi və haqqında” Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilib.

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »