Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakını "piyadalar şəhəri" etmək istəyənlərin əsl niyyəti nədir...
Bakını "piyadalar şəhəri" etmək istəyənlərin əsl niyyəti nədir...

Azərbaycanın yollarında olan problemlər hamını narahat edir. Yolların keyfiyyətsiz çəkilməsi, layihələndirmə işlərinin düzgün aparılmaması, yollar çəkilərkən yolların altında olan kommunikasiya sistemlərinin nəzərə alınmaması və s. bu kimi problemlər, sadalamaqla bitməz. Təəssüf ki, Azərbaycanda yol var, amma yol infrastrukturu yoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, yol infrastrukturunun olmaması bir daha sübut edir ki, yollar tam çəkilmir. Çünki yollar çəkilən zaman onun işıqlandırılması, yol nişanlarının qoyulması, xəttlənməsi və s. proseslər də həyata keçiriilməlidir. Yollar çəkilir, ancaq sonradan yollarda yaranan çala-çuxurlar nəzərə alınmır. Elə Azərbaycandakı yollarda olan əsas problem də, bu çala-çuxurların olmasıdır: "Xüsusən, xəbərdaredici və məlumatverici yol nişanlarının olmaması qəzaların baş verməsinə səbəb olur".

Yolların qaranlıq olması və yol nişanlarının olmaması da, yol çəkən qurumun məsuliyyətsizliyinin bariz nümunəsidir. "Vəziyyət o yerdədir ki, bu gün Bakıda nə avtomobillə, nə də piyada hərəkət etmək mümkün deyil. Bakı şəhəri, kiçik kurort şəhəri deyil. Sadəcə, turistik şəhərdir. Bakı iri sənaye şəhəridir. Bir şeyi anlamaq lazımdır ki, Bakı şəhərini piyadayönümlü şəhərə çevirmək mümkün olmayacaq. Yalnız şəhərin müəyyən mərkəzi hissələrini piyadayönümlü etmək ola bilər. Amma Bakının 90 faizini piyadayönümlü etmək, heç bir zaman mümkün olmayacaq",- deyə ekspert bildirib.

Bəzi qurumlar Bakını "piyadalar şəhəri" etmək niyyətindədir. Bəlkə elə buna görə də Bakıda süni tıxaclar yaradılır, qeyri-adi yol infrastrukturu yaratmağa cəhd edilir.

Eldəniz Cəfərov deyir ki, avtomobillə hərəkət etmək istəyən vətəndaşlar üçün şərait yaradılmalıdır. Amma təəssüf ki, bu şərait yaradılmır. Buna görə də, avtomobil sürən vətəndaşların hüquqları hər dəqiqə pozulur.

"Dayanma-durma şəraiti yaradılmır. Vətəndaşlarımız avtomobillərini idarə edərkən bilmir ki, avtomobilini harda saxlasa cərimələnəcək, harda saxlasa cərimə edilməyəcək. İndi Bakıda acınacaqlı durum odur ki, avtomobilini harda saxlasan, gəlib səni cərimə edə bilirlər. Əslində, dayanma-durma qaydalarını pozmursansa və xüsusi nişanlar yoxdursa, avtomobili yolun sağında rahat saxlamaq olar. Amma, biz onun şahidiyik ki, avtomobili vətəndaş saxlayan kimi cərimələnir.

Yolların daraldılması və xüsusi avtobus xəttlərinin çəkilməsi avtomobil sürən vətəndaşların hüquqlarını pozur. Saatlarla tıxaclarda qalan avtomobil sürücüsü vətəndaşlarımızın hüquqları pozulur. Belə olmamalıdır. Axşam saatlaırnda müşahidə edirik, süni tıxaclar yaradılır. Hansısa bir yol açılır, hansısa bir yol bağlanır",- deyə E.Cəfərov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl BNA sədri Vüsal Kərimli qeyd etmişdi ki, parklama yerlərinin tarifləri müəyyən edilmədiyi üçün parklama yerləri hələ müəyyən edilməyib. E.Cəfərov isə bildirir ki, parklama tariflərinin təyin edilməməsi, parklama yerlərinin olmamasına rəvac vermir.

"Bakı şəhərində mövcud parklama yerləri nişanlanmalıdır. Vətəndaş da bilməlidir ki, harda avtomobili saxlamaq olar və harda olmaz",- deyə ekspert bildirib.

Bəli, Vüsal Kərimli parklama tariflərinin müəyyən edilmədiyini qeyd etmişdi. Bu tarifləri isə, Nazirlər Kabineti müəyyən etməlidir. Nazirlər Kabinetinin başı, bu aralar daha çox pandemiyaya qarışıb. Ya da qarışmış kimi görünür. Çünki Bakı üçün, Bakının sakinləri üçün önəmli olan; Bakıda tıxacların qarşısını ala biləcək bir qərarın verilməsi ləngiyir. Bakıda parklama tarifləri tez bir zamanda müəyyən edilsə, BNA sədri də bu rahatlıqla "tariflər müəyyən edilmədiyi üçün" ifadəsini istifadə edə bilməz.

Hörmətli Nazirlər Kabineti nəyi gözləyir? Yoxsa bu dəfə "yolun yiyəsi" axtarılır?!...

İlahin, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »