Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) “Sərfəli” əmanət üzrə gəlirliyi 12%-ə çatdırıb
VTB (Azərbaycan) “Sərfəli” əmanət üzrə gəlirliyi 12%-ə çatdırıb

VTB (Azərbaycan) milli valyutada “Sərfəli” əmanəti üzrə baza faiz dərəcəsini artırır. Əmanət üzrə maksimal gəlirlik indi illik 12%-ə qədər olacaq.

Siz 3 aydan 3 ilədək müddətə manat, dollar və ya rublla “Sərfəli” depoziti aça bilərsiniz. Milli valyutada minimum əmanət məbləği 100 manat, xarici valyutada isə 100 dollar və ya 5000 rubl təşkil edir. Müştərilər vəsaitin yerləşdirilməsini eyni məbləğ və müddət üçün bir dəfə uzada bilərlər. Əmanətin qismən artırılması və ya çıxarılması mümkün deyil.

“Biz müştərilərimiz üçün məhsullar üzrə şərtləri daim təkmilləşdiririk və depozitlər üzrə gəlirliliyin artırılması bu istiqamətdə daha bir addımdır. Doqquz ayın yekunlarına görə, fərdi müştərilərin depozitləri üzrə portfel ilin əvvəli ilə müqayisədə 20%-dən çox artaraq 31,7 milyon manat təşkil edib. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) müştərilərimizin əmanətlərini qoruyub saxlaya və maksimum dərəcədə artıra bilməsi üçün bazarda ən sərfəli tariflərdən birini təklif edir”, - deyə VTB (Azərbaycan)-ın Pərakəndə Biznes Departamentinin direktoru Yevgeni Borodin bildirib.

VTB (Azərbaycan) müştəriləri, həmçinin yerləşdirmə müddətinin əvvəlində faiz gəlirlərinin ödənilməsini təklif edən “Avans” depozitindən, uzunmüddətli “Universal” əmanətindən və qısamüddətli əmanətdən – “Sərbəst”-dən istifadə edə bilərlər.

VTB (Azərbaycan)-ın ümumi depozit portfeli sentyabrın sonunda ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkil edib.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »