Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki dövlət qurumu arasında "borc müharibəsi" necə bitəcək...
İki dövlət qurumu arasında "borc müharibəsi" necə bitəcək...

Bu gündən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılıb.

Qeyd edək ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev danışıb. O, bildirib ki, "Bu il “Azəristiliktəchizat”ın işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3 min 870 yaşayış binası, həmin yaşayış binalarında 184 minə yaxın mənzil, eyni zamanda layihə üzrə tərəfimizdən istilik enerjisi ilə təmin olunması nəzərdə tutulan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub".

Maraqlıdır ki, "Azəriqaz" İB-nə 25 milyon manat borcu olan "Azəristiliktəchizat" ASC, bu qədər böyük məbləğ olan borcunu necə ödəyəcək?

Bir neçə gün əvvəl "Azəriqaz" rəhbəri qurumlar arası borcun artdığını və buna görə də, bəzi qazanxanalara qazın verilməsində məhdudiyyətlərin ola biləcəyini vurğulamışdı. Bütün qazanxanalara qaz verilməsi üçün "Azəristiliktəchizat" ASC" "Azəriqaz" İB-nə müraciət etməli idi. Müraciət edildi. Rafiq Əliyevin sözlərinə görə, 559 qazanxanaya istilik verilmısi nəzərdə tutulub.

İndi hamı üçün maraqlıdır, "Azəristiliktəchizat" ASC sözünü tuta biləcəkmi? Və görək, "Azəriqaz" İB gələn il borcun artması ilə bağlı nə deyəcək?

Çünki 25 milyon manat vəsait kiçik miqdar deyil ki, tez bir zamanda qaytarılsın.

Bəlkə də qaytarıldı?! Çünki "Azəristiliktəchizat"-ın tenderlərinə söz atanda tenderlərin qaliblərinin quruma yaxın insanlar olduğunu görürük. Bu tenderlərin dəfələrlə eyni adamlara-şirkətlərə verilməsi isə qaranlıq məsələdir. Biz bu qaranlığı araşdırmağa çalışacağıq. Bu barədə gələn yazılarımızda ətraflı yazacağıq.

Bu gün isə bu soyuq havalarda "Azəritiliktəchizat"-ın fəaliyyəti maraqlandırır. İlin ancaq 6 ayı gündəmdə olan "Azəristiliktəchizat"ASC-nin fəaliyyəti, əslində dövlət tərədindən nəzarətdə saxlanılmalıdır və tenderlər araşdırlmalı, tenderləri alan şəxslərin kimliyi və səbəblər müəyyən edilməli, ən əsası 25 milyon borcun nədən qaynaqlandığı araşdırılmalıdır.

Sovet dövründə məmurlar aldıqları əmək haqqına uyğun yaşayardı. Yəni, bir məmurun aldığı maaşdan əlavə gəlirləri olmadığı təqdirdə, avtomobilləri və ya evləri olsaydı, o şəxs məsuliyyətə cəlb edilərdi. "Bəyənilməyən" sovet dövründə dövlətin malını yeyən məmurlar yatağında rahat yatmaz, hər an qapsının dövlət tərəfindən döyüləcəyini gözləyərdi. Bu gün isə dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin və ictimaiyyətlə əlaqələr şöbəsi rəislərinin mərkəzdə evləri, bağları və fərqli model avtomobilləri var.

Bu şəxslər dövlətin malını - pardon, dövlət qurumunun malını yeməsələr, özlərinə belə şəraiti necə yarada bilərlər? Mətbuat xidmətlərinin "qazandığı" əmək haqqı nəyə çatar ki?

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »